Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Paşinyan Moskvanın boykotunu dayandırdımı?


Nikol Paşinyan dekabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə, Rusiya və başqa keçmiş sovet respublikalarının liderləri ilə görüşə gəlib
Nikol Paşinyan dekabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə, Rusiya və başqa keçmiş sovet respublikalarının liderləri ilə görüşə gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə, Rusiya və başqa keçmiş sovet respublikalarının liderləri ilə görüşə gəlib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xatırladır ki, Yerevan bundan əvvəl Moskvanın rəhbərliyi ilə keçirilən tədbirləri boykot edirdi və iki ölkə arasında gərginlik yüksələn xətlə artırdı.

Rusiya prezidenti Vladimir Putin dekabrın 25-də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin liderləri ilə görüş keçirib.

O dekabrın 26-da MDB ölkələri liderlərinin ayrıca görüşünü keçirəcək.

Paşinyan oktyabrın əvvəllərində Aİİ və MDB-nin Qırğızıstanda keçirilən iclaslarına getməmiş, daha sonra, noyabrda isə Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirilən sammitini boykot etmişdi.

Putin bundan əvvəl demişdi ki...

Ermənistanın başqa rəhbərləri də son aylarda keçirilən KTMT tədbirlərinə qatılmamışdılar.

Onlardan biri, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan demişdi ki, o ölkəsinin KTMT-dən çıxa biləcəyini istisna etmir.

Yerevan Moskvanın başçılıq etdiyi bu hərbi bloku Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi.

Lakin Paşinyan hökuməti bildirmişdi ki, hələlik ölkənin KTMT-dən çıxması məsələsi müzakirə edilmir.

Dekabrın 14-də keçirilən mətbuat konfransında Putin demişdi ki, o Yerevanın KTMT-ni tərk edəcəyini ehtimal etmir. O Yerevanın boykotunu Ermənistan daxilində Qarabağla əlaqədar gedən “mürəkkəb proseslərlə” bağlamışdı.

Putin həmin çıxışında Ermənistanın Qarabağı itirməsinə görə Yerevanın özünü günahlandırmışdı.

Paşinyan bundan bir neçə gün sonra Putini kəskin tənqid etmiş və onun ittihamını özünə qaytarmışdı.

“Eyni vaxtda iki stulda otura bilməzsiniz...”

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 25-də deyib ki, iki lider sammit əsnasında görüşəcəklər. Amma Ermənistan hökuməti bu məlumatı hələki təsdiq etməyib.

Simonyan dekabrın 15-də bildirmişdi ki, Ermənistan MDB və Aİİ-dən çıxmağı planlaşdırmır.

O izah etmişdi ki, “bu, ölkənin inkişafı üçün yaxşı iqtisadi platformalardır”.

Ermənistanın qocaman siyasi şərhçilərindən Armen Bağdasaryan Azatutyuna deyib ki, Paşinyanın Rusiya və başqa keçmiş sovet liderlərindən narazılığına baxmayaraq, Yerevanın hazırda yürütdüyü xarici siyasət ziddiyyətlidir:

“Siz iqtisadi səbəblərlə bir blokun, təhlükəsizlik problemləri ilə bağlı başqa bir blokun üzvü ola bilməzsiniz. Bu, mümkün deyil. Siz eyni vaxtda iki stulda otura bilməzsiniz. Ermənistan əvvəllər belə cəhdlər edib və nəticəsi fəlakətli olub”.

XS
SM
MD
LG