Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Taliban işadamından 100 min dolları necə aldı


Əfqanıstan sakini: Çörəyimiz tiryəkdən çıxır
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Əfqanıstan sakini: Çörəyimiz tiryəkdən çıxır

"Masanın üstündə pul olmadığı üçün Pakistan ordusu da Talibanla vuruşmaqda maraqlı deyil. Bu da Xayber Paxtunkvada fidyə tələbləri ilə nəticələnir”

Paştun işadamı Cəmşid Xan (ad şərtidir) yeddi il bundan əvvəl Pakistanın şimal-qərbində yerləşən doğma Xayber Paxtunkvaya əyalətinə bir neçə milyon dollarlıq investisiya qoyub.

Gənc sahibkar əyalətin paytaxtı Peşəvər şəhərindəki zavodlarının və onlara bağlı distribüşn müəssisələrinin yüzlərlə insana daimi iş yerləri, onun özünə isə yaxşı gəlir gətirəcəyinə ümid edirdi.

Mesajla hədələyiblər

Xroniki elektrik kəsintiləri və iqtisadi durumun pisləşməsinə rəğmən Xanın şirkətləri böyüdü. O hətta vətəninin çoxillik Taliban zorakılığından sonra bərpasına da ümid edirdi. 2003 – 2014-cü illərdə hökumət qüvvələrinin hərbi əməliyyatlar nəticəsində bu torpaqlarda minlərlə insan öldürülüb, milyonlarla insansa yaşayış yerlərindən didərgin düşüb.

Ancaq “Tehrik-e Taliban Pakistan” (TTP) qrupunun üzvləri ötən ay onun qapısını döydülər. Silahlılar İslamabadla sülh sazişinin bağlanması sayəsində əyalətə qayıdıblar. İki tərəf arasında danışıqlara keçən il başlanmışdı.

Silahlılar “WhatsApp”də mesaj yazaraq Xanı hədələyiblər. Onlar iş adamından 100 min dollar fidyə istəyiblər; pulu verməyəcəyi halda isə ona hücum ediləcəyini deyiblər.

O, mesajların həqiqətən də TTP tərəfindən göndərildiyini öyrənməyə cəhd etdiyi əsnada terrorçular onun anbarlarının birinə qumbara atıblar. Xoşbəxtlikdən Xanın işçiləri xəsarət almayıblar. Ancaq bu hücum silahlıların hədələrinin nə qədər ciddi olduğunu aydın göstərib.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Dostların tövsiyəsi

Xan hədələr barədə polisə xəbər verib. O, yüksək rütbəli polis rəsmilərindən kömək və müdafiə tələb edib. Onun sözlərinə görə, rəsmi görüşlərin çoxu polisin onu əmin etməsi ilə sona çatıb. Ancaq hökumətdə çalışan dostları Xanı polis rəsmilərinin müdafiəsinə “çox da güvənməməsi” haqda xəbərdar ediblər.

"Ya pulu ver, ya da özünə gülləkeçirməz maşın alıb ailəni də İslamabada, yaxud Lahora köçür”, - hökumət işçiləri ona deyiblər.

2003-cü ildə başlayan və 2009-cı ildə pik həddinə çatan Taliban zorakılığı nəticəsində Xayber Paxtunkva əyalətindən çox sayda sahibkar və zəngin ailə Pakistanın paytaxtı İslamabada və ölkənin şərqində yerləşən Lahor şəhərinə köçüb. 2014-cü ildən sonra TTP silahlılarının çoxu Əfqanıstana keçdiyindən zorakılıq səngiyib.

Fidyənin bir hissəsini ödəyəndən sonra...

Xan deyir ki, tanış iş adamları ona vasitəçilərin köməyilə yaraqlılarla sövdələşib daha az pul ödəyə biləcəyini deyiblər. Bu məsləhət işə yarayıb və Xan öncə tələb olunan 100 min dolların bir hissəsini ödəyib.

"Öyrəndiyim əsas şey budur ki, TTP pul ödəyə biləcəyini düşündüyü hər kəsdən pul tələb edir. Varlıların çoxu, bəlkə də hamısı artıq pul ödəyib”, – biznesmen deyir.

Media bu barədə xəbər verməsə də, əyalətdə TTP-nin bu reket fəaliyyəti hazırda o qədər yayğın hal alıb ki, sentyabrın 20-də qrup əyalətin bir neçə şimal bölgəsində insanları pul ödəməməyə çağırıb.

"Əgər kimsə sizdən “Tehrik-e Taliban Pakistan”ın adından ödəniş tələb etsə, xahiş edirik, bizimlə əlaqə saxlayın ki, onları ifşa edə bilək", - bəyanatda deyilir. Qrup öz bəyanatında əlaqə üçün “WhatsApp” nömrəsi də təqdim edib.

Problemlər

Talibanın fidyə tələbləri artsa da, bu məsələ, hələlik, cəmiyyətin diqqət mərkəzində deyil. 220 milyon əhalisi olan ölkə yaz aylarından bəri Baş naziri İmran Xanın istefası ilə nəticələnən siyasi böhran, ifrat isti hava şəraiti, misli görünməmiş musson yağışları və dəhşətli sellə üzləşib.

İslamabad eyni zamanda hiperinflyasiya, artan işsizlik və məzənnənin dəyər itirməsi kimi problemlərlə üz-üzə qalıb.

Ötən ay Pakistanın güclü silahlı qüvvələri TTP yaraqlılarının qayıdışını “şişirtmə” və “çaşdırma” kimi dəyərləndirib və silahlı qrupa qarşı “lazım gələrsə tam gücü ilə” mübarizə aparacağını bildirib.

Ancaq Xayber Paxtunkva əyalətində müxalif siyasətçilər belə düşünmür. Populyar Avami Milli Partiyasının lideri, millət vəkili Sardar Hussayn Babak deyir ki, Taliban əyalət üzərində nəzarətini gücləndirməkdədir. .

"Əyalətdə yaşayan hər bir imkanlı şəxsə, o cümlədən mənim özümə hədə zəngləri gəlir. …Biz dəfələrlə hökumətdən tədbir görməsini tələb etsək də heç bir siyasi iradə görməmişik", – o deyir.

Hakim partiyanın mövqeyi

TTP-nin qayıtması fonunda əyalətin hakim siyasi partiyası olan Pakistan “Tehrik-e-İnsaf” (PTİ) çətin vəziyyətdə qalıb. Bu partiyanın liderləri illərlə TTP-nin əməllərini qınamaqdan boyun qaçırıblar. PTİ liderləri İslamabadı TTP-yə qarşı tədbirləri dayandırmağa da çağırıb.

Buna baxmayaraq, TTP-nin qayıdışı partiyanın əyalətdəki liderlərinin çaşdırıb. PTİ lideri Murad Said həm də Pakistan parlamentində əyalətin təlatümlü bölgələrindən biri olan Suatı təmsil edir. O bu yaxınlarda Pakistan ordusunu TTP ilə şəffaf olmayan danışıqlar apardığına, TTP yaraqlılarının qayıdışının qarşısını ala bilmədiyinə və bu qayıdışın yaradacağı təhlükəni ciddi saymadığına görə tənqid edib.

"Xahiş edirəm, bu yanğının yayılmasını önləyin. Zəhmət olmasa, insanların gələcəyi ilə bağlı qərarlar verməzdən öncə onlarla məsləhətləşin. Onların həyatı ilə oynamağa son qoyun”, – Said öz emosional video mesajında deyib.

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Masada pul yoxdur deyə...

İyundan bəri əyalətdə onlarla səs-küylü etirazlar və oturaq aksiyaları keçirilib. İnsanlar Pakistan hökumətindən onları Taliban yaraqlılarından qorumasını tələb edib.

London Universitetində çalışan Pakistanın təhlükəsizliyi sahəsində ixtisaslaşan Ayeşa Siddiqa Pakistan ordusunun ölkənin qərbində, Əfqanıstanla sərhəddə baş qaldıran Taliban təhlükəsini dayandırmaqda maraqlı olmadığını deyir.

Onun sözlərinə görə, Pakistanın daxildəki terrorizmə qarşı daha öncəki mübarizəsindən fərqli olaraq, indiki halda İslamabadın Qərbdən maliyyə dəstəyi alması ehtimalı çox azdır.

"Masanın üstündə pul olmadığı üçün Pakistan ordusu da Talibanla vuruşmaqda maraqlı deyil. Bu da Xayber Paxtunkvada fidyə tələbləri ilə nəticələnir”, – o deyir. TTP-nin qayıdışını Pakistan üçün fəlakət kimi görən Siddiqa əyalətdə baş qaldıran hadisələrin burada qalmayacağı, bütün ölkəyə yayılacağı qənaətindədir.

Yarım milyondan çox evdar qadın işsiz sayılmır?
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

ABŞ-ın maliyyə dəstəyi

İslamabad ABŞ-ın 11 sentyabr müharibəsindən sonra başladığı qlobal terrorizmə qarşı mübarizənin ön sıralarında dayanırdı. Ölkə 2001-ci ildən başlayaraq 15 il ərzində ABŞ-dan 20 milyard dollardan artıq hərbi və siyasi yardım alıb. Pakistan Vaşinqtona Əfqanıstanda apardığı antiterror əməliyyatları və ABŞ qüvvələrinin təchizatına yardım etdiyi üçün Koalisiya Dəstək Fondundan nəhəng maliyyə dəstəyi verib.

Pakistan ordusunun 2003-cü ildə Cənubi Vəziristan bölgəsində başladığı kiçik antiterror əməliyyatları tədricən böyüyərək 2014-cü ildə Şimali Vəziristanda Zarb-e Azb əməliyyatı ilə kulminasiya nöqtəsinə çatıb.

Hərbi toqquşmalar və Taliban hücumları nəticəsində Xayber Paxtunkva əyalətində 80 minədək pakistanlı həyatını itirib. Onların çoxu etnik paştunlardır. Döyüşlərdə minlərlə Pakistan əsgəri də öldürülüb. 6 milyon insansa yer-yurdundan didərgin düşüb.

XS
SM
MD
LG