Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:02

Paşinyanın qələbəsi Azərbaycana sərf edirmi – Qərb mediası


Nikol Paşinyan (solda) və Robert Koçaryan
Nikol Paşinyan (solda) və Robert Koçaryan

Koçaryanın qələbəsi isə Azərbaycanın planlarına təhlükə yaradır, qeyri-müəyyənliyi gücləndirir

İyunun 20-də Ermənistanda parlament seçkiləri keçiriləcək. “Eurasianet.org” portalında Eldar Məmmədov yazır ki, Azərbaycan bu seçkini xüsusilə diqqətlə izləyir. Çünki həm baş nazir əvəzi Nikol Paşinyanın, həm də onun əsas rəqibi, keçmiş prezident Robert Koçaryanın hakimiyyətə gəlməsinin Azərbaycan üçün riskləri var.

Azərbaycan ötən payız Ermənistanın işğalı altında olan ərazilərinin bir qismini azad edə bildi. Amma Dağlıq Qarabağın əsas hissəsi ermənilərin və Rusiya hərbçilərinin nəzarəti altındadır. Qarabağın yekun statusunun həlli, iki ölkənin sərhədlərinin demarkasiyası, regionda nəqliyyat əlaqələrinin yenidən qurulması həllini gözləyən məsələlərdir.

Xaosun iki müsbəti

Müəllif Ermənistan cəmiyyətinin hazırda Paşinyanla Koçaryan arasında qütbləşdiyini və bunun Azərbaycana sərf etdiyini yazır. Birincisi, dövlət qurumlarının eroziyası Qarabağın taleyinə enerji və siyasi kapital sərf etməyə qabiliyyətin azalması deməkdir. İkincisi isə, bu halda Bakı Ermənistanı iflas edən ölkə kimi təqdim edə bilər. Yəni Bakının qəbul etdiyi avtoritar sabitlik demokratiyanın Ermənistana gətirdiyi qarışıqlı və məğlubiyyətdən daha yaxşıdır.

“Bu həm də Azərbaycan rejiminin Qərb dəyərləri, Avropayla sıx əlaqələrə skeptik yanaşmasının sübutudur”, – deyə müəllif qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik və hərbi uğurunun açarının rusiyalı həmkarı Vladimir Putində olduğunu anlayıb.

Məqalədə Azərbaycanın özəlliklə Ermənistan ərazisindən Naxçıvan eksklavına quru dəhlizində maraqlı olduğu bildirilir. Bundan ötrü isə Bakıya Ermənistanda elə bir hökumət lazımdır ki, 10 noyabr üçtərəfli atəşkəs razılaşmasını, Naxçıvan nəqliyyat marşrutunun çəkilməsini gerçəkləşdirə bilsin.

Koçaryan gələrsə...

Koçaryanın qələbəsi isə Azərbaycanın planlarına təhlükə yaradır, qeyri-müəyyənliyi gücləndirir. Üstəlik, Paşinyandan fərqli olaraq, Koçaryanın Putinlə əlaqələri yaxşıdır, xarici siyasətinin də birmənalı rusiyapərəst olacağını bəyan edib.

Müəllif qeyd edir ki, bütün bunları nəzərə alaraq Paşinyanın seçkidə qələbəsi Bakının məqsədlərinə çatması üçün ən yaxşı variantdır.

10 noyabr atəşkəs razılaşmasından sonra Ermənistanda müxalifət Paşinyanın istefasını tələb etməyə başladı. Müharibədəki məğlubiyyətdə məhz onu ittiham edirdilər. Paşinyan bir neçə aylıq dirənişdən sonra növbədənkənar seçkiyə getməyə razılıq verdi.

Eldar Məmmədov Avropa Parlamentində Sosialistlər və Demokratların Proqressiv Alyansının siyasi müşaviridir. Amma məqalədəki fikirlər onun şəxsi baxışlarıdır, həmin qrupun, yaxud Avropa Parlamentinin mövqeyi deyil.

XS
SM
MD
LG