Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Özbəkistan Usmanovun sanksiyalarının qaldırılmasını xahiş edir


Özbəkistan prezidenti Şavkat Mirziyoyev Alişer Usmanovla görüşür (Arxiv fotosu)
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Alişer Usmanovla görüşür (Arxiv fotosu)

FT-nin verdiyi məlumata görə Daşkənd Aİ-dən həm də Usmanovun bacısı Gulbaxor İsmayılovanın üzərindəki sanksiyaların qaldırılmasını xahiş edib

Özbəkistan hökuməti Avropa İttifaqına müraciət edərək Rusiya oliqarxı Alişer Usmanovun üzərindən sanksiyaların qaldırılmasını rica edib.

Financial Times qəzetinin yazdığına görə Daşkənd bu ricasını onunıla izah edib ki, sanksiya məhdudiyyətləri Usmanovun Özbəkistan iqtidasadiyyatına investisiyalar yatırmasına mane olur.

Qəzet mənbələrə istinadən bunu da yazır ki, Özbəkistan məmurları bu yaxınlarda Avropa İttifaqının rəsmiləri ilə görüşərkən də eyni rica ilə müraciət ediblər.

FT-nin verdiyi məlumata görə Daşkənd Aİ-dən həm də Usmanovun bacısı Gulbaxor İsmayılovanın üzərindəki sanksiyaların qaldırılmasını xahiş edib.

Aİ-nin məlumatına görə Alişer Usmanovun bir sıra aktivləri, o cümlədən 600 milyon dollarlıq superyaxta onun bacısının adına qeydiyyatdan keçirilib.

Məhkəməyə müraciət edib

Rusiyalı milyarder Özbəkistanda doğulub və bu ölkə ilə sıx əlaqələrə malikdir.

Rusiyanın Kommersant qəzeti yazır ki, əgər Aİ Usmanova qarşı sanksiyaları qaldırmaqdan imtina edərsə, Özbəkistan bu sanksiyaların məhkəmə yolu qaldırılması üçün ona hüquqi dəstək də verə bilər.

Financial Times qəzetinin Özbəkistan XİN-ə sorğusuna cavab olaraq bildirilib ki, “nazirlik hökumətin fəaliyyətini şərh edə bilməz, amma sanksiyalar həqiqətən də bir çox investisiya və xeyriyyə layihələrinə mane olur”.

Usmanovun özü qəzetin sorğusuna cavab verməyib.

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Macarıstan da ağız açıb

Alişer Usmanov Rusiyanın ən zəngin adamlarından biridir. Forbes jurnalının məlumatına görə onun sərvəti 11.5 milyard dollardır.

Rusiya Ukraynaya əsassız və səbəbsiz hücum edəndən sonra ABŞ, Kanada, Britaniya, Avstraliya, Yaponiya və Avropa İttifaqı Moskvaya qarşı ağır iqtisadi sanksiyalar qoyub.

Bundan başqa Vladimir Putinin yaxın çevrəsindən çox sayda oliqarx və milyarder sanksiya siyahısına salınıb. Bunların arasında Usmanov da var.

O ötən may ayında Aİ sanksiyalarının qaldırılması üçün Avropa Məhkəməsinə müraciət etmişdi.

Usmanovun üstündəki sanksiyaların götürülməsi üçün Macarıstan da müraciət edib.

Budapeşt habelə Pyotr AvenViktor Raşnikovun sanksiya siyahısından çıxarılmasını istəyir.

Bayraq tikən Valeh Məmmədov
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Kimin vergiödəyənidir?

Bu arada xəbər verilir ki, Almaniya polisi Usmanovun işi ilə bağlı İsçevrənin UBS bankının yerli şöbələrində axtarış aparıb.

İstintaq Almaniyanın Frankfurt və Münhen şəhərlərində aparılır.

Müstəntiqlər 2018 və 2020-ci illər arasında 2 milyon dollarlıq çirkli pulların yuyulması ilə maraqlanırlar.

Usmanovun nümayəndəsi bildirib ki, biznesmenin heç bir günahı yoxdur və o Rusiyada vergi ödəyir, habelə xeyriyyəçiliklə məşğul olur.

Almaniya isə Usmanovu öz vergiödəyəni sayır. Beləki o Ukrayna müharibəsindən əvvəl uzun müddət Bavariyadakı Tegernze gölü sahilində yerləşən villasında yaşayıb.

XS
SM
MD
LG