Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

İndeks: Ukrayna ordusu İsraili keçdi, Azərbaycan 63-dən 57-yə qalxdı


Global Firepower (GFP) beynəlxalq reytinq şirkətinin 2023-cü il üçün cədvəlində Ukrayna silahlı qüvvələri dünya orduları arasında 15-ci yeri tutub.

Beləliklə, Ukrayna ordusu İsraili (18-ci yer), Vyetnamı (19), Polşanı (20), habelə Avstraliya (16) və İranı (17) geridə qoyub.

Ukrayna ötən il 145 ölkədən ibarət bu cədvəldə 22-ci yerdə idi.

Rusiya bu reytinq cədvəlində ABŞ-dan sonra ikinci pilləni tutur.

Sonrakı yerlərdə Çin, Hindistan Britaniya qərar tutub.

Cədvəldə Yaponiya, Fransaİtaliya 7-ci yerdə olan Pakistandan daha aşağı pillələrdir.

Bu cədvəldə Türkiyə ordusu 11-ci, İran ordusu isə 17-ci yerdədir.

Cənubi Qafqazda ən güclü

GFP indeksində Azərbaycan ordusu da mövqeyini yaxşılaşdırıb və 63-cü pillədən 57-yə qalxıb. Bu Cənubi Qafqazda ən güclü ordu deməkdir.

2023-cü ilin reytinqində Gürcüstan 85, Ermənistan 94-cü yerdədir.

Reytinq cədvəlində Azərbaycanın ardınca Serbiya 58, Bolqarıstan 59, Belarus 60, Özbəkistan 62, Qazaxıstan 63, Türkmənistan 82, Qırğızıstan 107, Tacikistan 120, Moldova 143-cü yerləri tuturlar.

GFP indeksinin tərtibatçıları bildirirlər ki, reytinqləmədə ölkənin silahlı qüvvələrə xərclədiyi vəsait, onun özünün iqtisadi vəziyyəti, xarici borcu, canlı qüvvə və və hərbi texnikasının kəmiyyəti kimi 60-dək faktor nəzərə alınır.

Məsələn hesabatda bildirilir ki, Ukraynanın cədvəldə sıçrayışlı yüksəlişində onun Rusiyaya qarşı apardığı qeyri-bərabər müharibə, habelə ABŞ və başqa müttəfiqlərin Kiyevə göstərdiyi hərbi yardımlar əsas rol oynayıb.

Təkcə ABŞ 2022-ci ildə Ukraynaya 16 milyard dollarlıq hərbi yardım göstərib. Elə yanvarın 6-da Kiyev Vaşinqtondan daha 3 milyard dollarlıq yardım paketi alıb.

XS
SM
MD
LG