Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:29

Omikron ‘sunamisi’


Fransada koronavirus xəstəsi
Fransada koronavirus xəstəsi

Valenski təcrid müddətinin azaldılması haqda qərarın virus barədə elmi dataya əsaslandığını desə də, siyasi amili də etiraf edib

Bir sıra ölkələr koronavirusa indiyədək ən yüksək yoluxmaların aşkarlandığını bildiriblər. Bəzi hökumətlərsə virusu önləyə bilməyən təcrid siyasətinin iqtisadi və sosial təsirini yenidən nəzərdən keçirirlər.

Araşdırmalar yüksək yoluxucu omikron ştamının, özəlliklə peyvənd vurduranlar üçün öncəki variantlardan daha yüngül, az öldürücü olduğunu göstərir. Amma yoluxmalarda kəskin artım onsuz da yüklənmiş səhiyyə sisteminə təzyiqi artırır, şirkətlər işçi çatışmazlığı ilə üzləşirlər.

Yoluxma 60 faiz, hospitalizasiya 14 faiz artıb

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski dekabrın 29-da deyib ki, indiki rekord yoluxma fonunda ölüm və hospitalizasiya göstəriciləri nisbətən aşağıdır.

Hazırda yeddi gün üzrə ortalama yoluxma sayı öncəki həftədən 60 faiz artaraq 240 minə çatır. Həmin müddət üçün hospitalizasiya isə cəmi 14 faiz artıb, günə 9 min civarındadır. Ölüm halları isə 7 faizədək düşərək günə 1100-ə yaxındır.

Valenski bunu həm hospitalizasiyanın iki həftədir yoluxmalardan geri qalması, həm də xüsusilə vaksin olunanların omikronu daha yüngül keçirməsi ilə izah edib.

Həftənin əvvəlində CDC asimptomatik yoluxmalar üçün təcrid müddətini qısaldıb. Amma bəzi ekspertlər bunun daha çox yoluxmaya səbəb ola biləcəyini deyib. Yeni qaydaya görə, şəxsin işə, cəmiyyətə qayıtması üçün yenidən test verməsi tələb olunmur.

Lirə yenə 3 gündür ki, ucuzlaşır
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Siyasi amil

Prezident Co Bayden virusla mübarizədə “elmin dalınca gedəcəyini” vəd edib. Ölkədə virusla mübarizəni iqtisadiyyat və cəmiyyətin normal fəaliyyəti ilə balanslaşdırma ehtiyacı yaranıb. Bir çox şirkətlər işçi çatışmazlığı ilə üzləşirlər, çünki yoluxanlar karantindədir.

Valenski təcrid müddətinin azaldılması haqda qərarın virus barədə elmi dataya əsaslandığını desə də, siyasi amili də etiraf edib.

“Adamların dözməli olduğu məsələləri nəzərə almağımız da bu qərara təsirini göstərib”, – o, CNN-ə deyib.

Digər ölkələr də təcrid siyasətlərinə yenidən baxırlar. Vaksinasiya göstəriciləri yüksək olduğu bir dönəmdə bəzi ekspertlər yüksək yoluxucu omikron ştamına nəzarətin çətinliyini dilə gətirirlər.

Pediatriya professoru Robert Frenk “Washington Post”a deyib ki, çox adam COVID-19-a tutula bilər, amma peyvənd vurdurublarsa, xəstəliyin ağırlaşması, yaxud ölməsi ehtimalı azdır.

“Adamlar nəyi önləməyə çalışırlar? Biz adi soyuqdəyməni önləməyə çalışırıq? Bunu heç kəs eləmir. Buster dozanı vurdurmusan, hər şeyi eləmisən, amma yenə də covid-ə yoluxmusan, bəs, necə olub xəstələnmisən?” – o, sual edib.

Digər ölkələr

Avstraliya dünyada ən sərt qadağalara əl atıb, bu ilin əvvəlindən bütöv şəhərlər, vilayətlər qapadılıb.

Baş nazir Skot Morrison jurnalistlərə deyib ki, hökumət sıx təmas anlayışını daha aydın təsnif edəcək, fərqli şəraitlərdə hansı testlərdən istifadə olunmasını açıqlayacaq.

İspaniya dekabrın 29-da bildirib ki, karantin müddətini 10 gündən 7-yə salır. İtaliya isə virus daşıyıcıları ilə sıx təmasda olmuş, amma peyvənd vurdurmuş şəxslər üçün təcrid qaydalarını yüngülləşdirməyi planlayır.

Fransanın Səhiyyə naziri Oliviyer Veran yoluxma “sunami”si haqda xəbərdarlıq edib. Ölkədə bir günə rekord – 200 mindən çox yoluxma aşkarlanıb.

Veran peyvənd olunmayanlara xəbərdarlıq edib: “Bu dəfə sizin yaxa qurtarmaq şansınız çox azdır. Virus çox sürətlə yayılır”.

XS
SM
MD
LG