Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:30

Oğuz şərab zavoduna sərmayəçi axtarılır


Şərab zavodu.
Şərab zavodu.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) səhmlərini 10 il öncə satdığı müəssisəni yenidən investorlara təklif edir. ƏMDK «Oğuz Şərab» ASC-nin 98,4 faiz (120 min ədəddən çox) səhmi üçün sərmayəçilərdən, azı, 400 min manatlıq investisiya proqramı istəyir.

Tələblər bir deyil, iki deyil

Tələblər çoxdur. Sərmayəçi dövlət büdcəsinə, ən azı, 80 min manat köçürməyə boyun olmalı, müəssisədə istehsal qurulmalı və minimum 20 nəfərə iş yeri açılmalıdır.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Amma bu da son deyil. İnvestisiya müsabiqəsinin adı ictimaiyyətdən gizli saxlanan qalibi ƏMDK-nın məsləhətçisinə 1271 manat ödəməlidir. Zavodun borcunun məbləği isə 351 min manatı keçir. Bunun 110 mini zavodda əvvəlki illərdə çalışmış şəxslərə olan borclardır.

Sərmayəsini geri ala bilmədi

Bir vaxtlar Oğuz rayonunda üzüm emalı və tərəvəz konservi istehsalı ilə məşğul olan bu zavodda 24 nəfər çalışsa da, indi fəaliyyət dayandırılıb.

Buna da bax: 'Daşkəsən Filizsaflaşdırma'ya müştəri tapılmadı

«Oğuz Şərab» ASC səhmləri hələ 2005-ci ildə eyni qayda ilə «RRC» MMC-yə satılmışdı. Şirkət 600 min manat sərmayə qoyacağını öhdəsinə götürmüşdü. Səhmlərə görə dövlətə 34 min özəlləşdirmə çeki və 30 min manat pul verilmişdi. Ancaq sonradan «RRC» MMC-dən təzminat ödənilmədən səhmlər geri alındı. Müəssisədə «Xal-xal 2» süfrə suyu buraxılırdı.

Növbədə daha bir neçə müəssisə var

ƏMDK ötən ilin sonunda Bakıda və bölgələrdə yerləşən 14 səhmdar cəmiyyətinin özəlləşdirilməsi üçün quruma məsləhət xidmətinin göstərilməsi məqsədilə tenderlər elan etmişdi. Bu, əsasən, 2003-2005-ci illərdə investisiya müsabiqəsində satılan («Bakı Elektroavtomat», «Mingəçevir Texniki Rezin», «Mingəçevir Regenerat», «Daşkəsən Filizsaflaşdırma» ASC-lər), amma sonradan müxtəlif səbəblərdən sahiblərindən geri alınan müəssisələrdir.

Buna da bax:​ Şəki Barama Toxumu və Şəmkir Balıq zavodu hərracda

ƏMDK ona məsləhət verən şirkətlərin adlarını AzadlıqRadiosu-na açıqlamaqdan boyun qaçırıb.

XS
SM
MD
LG