Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:33

Məhsa Əmininin ölümünü işıqlandıran iki jurnalistə uzunmüddətli həbs kəsilib


Nilufər Həmidi
Nilufər Həmidi

Oktyabrın 22-də İranda məhkəmə 2022-ci ildə Məhsa Əmininin ölümünü işıqlandırmış iki qadın jurnalistə uzunmüddətli həbs cəzası kəsib. Birləşmiş Ştatlar və insan haqları fəalları bu addımı pisləyib.

IRNA dövlət xəbər agentliyinin məlumatına görə, 31 yaşlı Nilufər Həmidi 7, 36 yaşlı İlahə Məhəmmədi isə 6 il həbsə məhkum ediliblər. Onlar "düşmən" ABŞ hökuməti ilə əməkdaşlıqda təqsirli biliniblər.

Bundan əlavə, hər iki jurnalist milli təhlükəsizliyı qarşı fəaliyyətə görə 5, "sistemə qarşı propaqanda"ya görə 1 illik həbsə məhkum olunublar.

Reaksiyalar

Jurnalistlərin vəkilləri müvəkkillərinin ittihamları rədd etdiyini açıqlayıb.

"Nilufər və İlahə heç həbs olunmamalıydılar, bu hökmləri pisləyirik. İran rejimi həqiqətdən qorxduğu üçün jurnalistləri həbs atır", – ABŞ-ın İran üzrə xüsusi elçisinin müavini Abram Paley sosial media postunda yazıb.

22 yaşlı Əmini, guya, hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib Onun ölümü ölkəboyu etirazlara səbəb olub, teokratik rejimə son on illərin ən böyük təhdidini yaradıb.

Həmidi Əmini Tehranda xəstəxanada komada olarkən valideynlərinin qucaqlaşan yerdə fotosunu çəkəndən sonra saxlanıb. Məhəmmədi isə bir müddət sonra, Əmininin doğma Saqez şəhərində dəfnini işıqlandırandan sona həbs olunub.

Təqsirləndirilənlər 20 gün ərzində apellyasiya şikayəti verə bilərlər. Hökmlər qüvvədə saxlanarsa, onların indiyədək həbsdə qaldığı müddət ümumi cəzadan çıxılacaq.

"Jurnalistikanı kriminallaşdırma cəhdləri"

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) təmsilçisi hökmləri "parodiya", "İran hökumətinin jurnalistikanı kriminallaşdırma cəhdləri" adlandırıb.

İranın Kəşfiyyat Nazirliyi ötən il bu iki qadını ABŞ kəşfiyyatı üçün işləməkdə ittiham edib.

Məhəmmədi "Ham Mihan" qəzetinin müxbiri, Həmidi isə "Şərq" qəzetinin fotoqrafıdır.

Hər ikisi ötən ilin sentyabrından bədnam Evin həbsxanasında saxlanır.

Ötən həftə Əmininin vəkili Saleh Nikbaxt "dövlətə qarşı propaqanda", xarici və yerli mediada bu iş barədə şərhlər verdiyinə görə 1 il həbsə məhkum edilib.

XS
SM
MD
LG