Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Paşinyan: Sərhəddəki durumla bağlı ilk zənglər Putinə edilib


Nikol Paşinyan, Ermənistanın baş naziri
Nikol Paşinyan, Ermənistanın baş naziri

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Ermənistanla dövlət sərhəddinə, eləcə də Dağlıq Qarabağ ətrafına müəyyən qoşun toplayır. O bu baxımdan sərhəddə vəziyyətin gərgin olduğunu bildirib.

Nikol Paşinyan bu haqda sentyabrın 11-də bu Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb. Paşinyan bildirib ki, sərhəddəki vəziyyətlə bağlı ilk zənglər Rusiya prezidenti Vladimir Putinə edilib və sərhəddəki durumdan xəbərdar edilib:

“Bu zənglərin məqsədi vəziyyətdən xəbərdar olmayan və ya çox böyük ehtimalkı bəzi nüanslardan xəbərsiz olan tərəflərə məlumat ötürmək idi. Şübhəsiz ki, Rusiya Federasiyasiyasının prezidenti vəziyyət haqda məlumatlandırılıb”.

"ROMA ƏSASNAMƏSİNİN RATİFİKASİYA PROSESİ PİS VAXTA TƏSADÜF ETDİ"

Nikol Paşinyan Ermənistanın Roma əsasnaməsinin ratifikasiyası prosesindən də danışıb. O bu prosesin Ermənistan-Rusiya münasibətlərinə qətiyyən aidiyyəti olmadığını vurğulayıb:

"Təəssüf ki, Rusiya və Haaqa Cinayət Məhkəməsi kontekstində ratifikasiya prosesi pis vaxta təsadüf etdi. Bu proses heç də Ermənistan-Rusiya münasibətləri ilə bağlı deyil, bu, sərhəddəki gərginliklə bağlıdır”.

Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma əsasnaməsinin ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 1-də bu sənədi ratifikasiya etmək üçün Ermənistan parlamentinə göndərilib.

Ermənistan bu statutunu 2004-cü ildə imzalasa da ratifikasiya etməmişdi.

Martın 17-də Haaqa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə onun həbsinə order verib.

Qaydaya görə Roma statutunu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar.

Paşinyan Ermənistanın Roma əsasnaməsinin ratifikasiyasını Beynəlxalq Cinayət Məhkəməsinin 2022-ci ilin sentyabr və 2021-ci ilin may hadisələrinin araşdırılması istəyi ilə əsaslandırıb.

"ERDOĞANLA SÖHBƏT FAYDALI OLDU"

Paşinyan həm də bu gün sentybarın 11-də Türkiyə prezidenti Receb Tayyib Erdoğanla telefon danışığına da toxunub:

Erdoğanla söhbət məzmunlu və faydalı oldu. Bir sıra qarşılıqlı nüanslar var, onlarla bağlı daimi ünsiyyət, mövqelər və qiymətləndirmələrin olması vacibdir".

Nikol Paşinyan müsahibəsində Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanın istefasındanda danışıb. Bu qərara təəssüfləndiyini bildirib.

“Vəziyyət elədir ki, Dağlıq Qarabağın yeni seçilmiş lideri Samvel Şahramanayanı təbrik etməyə çox şey yoxdur. Onun üzərinə çox ağır məsuliyyət düşür” - deyə, Paşinyan əlavə edib.

Qarabağ separatçılarının lideri Araik Arutyunyan (Araik Harutyunyan) avqustun 31-də "prezident" vəzifəsindən istefa verib. Bu barədə o, Facebook səhifəsində yazmışdı. Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında bir neçə gün əvvəl qəbul edib.

XS
SM
MD
LG