Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:15

Tankeri yavaş sür...


Neft tankeri
Neft tankeri

►Anbarlar doludur. Tankerlərdən istənilir ki, nefti aşağı sürətlə daşısınlar

Avropanın ən böyük supertanker şirkəti bildirib ki, dünyanın iri neft şirkətləri neft bolluğu şəraitində tanker operatorlarından xam neftin çatdırılmasını yavaşıtmağı xahiş ediblər.

Mərkəzi Belçikanın Antverpen şəhərində yerləşən Euronav NV şirkətinin baş icraçı direktoru Paddy Rodgers deyib ki, bir dəfəyə 2 milyon barrel yük götürən tankerlər nefti saatda 24 km. sürətlə daşımaqdadırlar.

Əgər sürət azaldılarsa tankerlərin hazırda 40 gün çəkən səfərləri 48 günə bitəcək. Onun sözlərinə görə, quruda yerləşən ehtiyatlar o qədər çoxalıb ki, dənizdəki anbarlara ehtiyacın artması ehtimalı var.

Bazarın qarşılaşdığı bu neft bolluğu tezliklə bitməyəcək. Çünki OPEC təkid edir ki, bu "toxluğu" o yaratmayıb və onun aradan qaldırılmasına təkbaşına çalışmayacaq.

Buna da bax: Araz Ağalarov "krallar" siyahısında 7-cidir

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının üzvü olan ölkələrin anbarlarında 3 milyard barrel xam neft toplanıb ki, bu da rekorda yaxındır.

Rodgersin sözlərinə görə, yanacaq qiymətlərinin də xam neft qiymətləri ilə birlikdə düşməsi sayəsində onun şirkətinin iri neft tankerləri keçən il günə 55000 dollar qazanıblar ki, bu da 2014-cü illə müqayisədə iki dəfə çoxdur.

XS
SM
MD
LG