Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:03

Ş.Mövsümov: «Biz valyutaların arxasınca düşmürük»


Şahmar Mövsümov
Şahmar Mövsümov

«İngiltərə funt sterlinqi dəyərdən düşsə də, ABŞ dolları dəyərini artırıb. Bizdə isə portfelin 50 faizi dollardadır».

«Report» xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

O qeyd edib ki, hansısa valyutanın qiymətdən düşməsi nisbidir: «Biz valyutaların arxasınca düşmürük, hansı qalxdısa, qaçıb ondan almırıq. Bu gün manatda da elə vəziyyətdir. Dollar qalxdı, hamı qaçdı dollar aldı. Sonra manat lazım olanda, manat aldılar və uduzdular».

Ş.Mövsümov deyib ki, ARDNF portfelini müxtəlif valyutalarda saxlayır: «Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümumilikdə portfelimizə təsir etməsin».

Buna da bax: Dövlət Neft Fondu bir gündə 465 milyon dollar itirdi

XS
SM
MD
LG