Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

Naxçıvanda şikayətçi müəllim işdən çıxarılıb


Naxçıvanda hökuməti tənqid edən müəllim döyülüb
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Naxçıvanda hökuməti tənqid edən müəllim döyülüb

Ötən ay işlədiyi təhsil ocağında hücuma məruz qaldığını acılayan Naxçıvan 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Qəmbərova oktyabrın 4-də işdən çıxarıldığını bildirir.

Naxçıvan Muxtar Respublikası (MR) Elm və Təhsil Nazirliyinin açıqlamasında isə qeyd edilir ki, o 2024-cü ilin sentyabrında əmək intizamını pozaraq işə çıxmayıb.

“Həmçinin, Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozub" - açıqlamada əlavə edilir.

S.Qənbərova isə öz növbəsində nazirliyin açıqlamasını həqiqət saymır. O bir müddət əvvəl məktəbdə baş verənlərlə bağlı şikayətçi olub:

"... Baş Prokurorluğa, Maliyyə Nazirliyinə müraciət etmişəm. Sentyabrın 4-də şikayətimi Naxçıvan Şəhər Prokurorluğuna yönəldiblər. Amma müstəntiq məni çağıraraq təzyiq göstərib ki, ərizəni geri götür".

S.Qənbərova deyir ki, bu məsələni AzadlıqRadiosunda işıqlandırıb:

"Bundan sonra sentyabrın 16-da 6 saat dərs yükünə etiraz olaraq ərizəmi nazirliyə və məktəb direktoruna göndərmişəm. Sentyabrın 18-də isə məktəb direktorundan təzyiq görmüşəm, bunu da sosial şəbəkələrdə yazmışam. Oktyabrın 3-ü mənə məktub yazıblar ki, sənin 26 saat dərsin, üstəgəl sinif rəhbərliyin var. Oktyabrın 4-ü isə məni qərarla işdən çıxarıblar. Başa düşə bilmirəm, mən 1 aydır Baş Prokurorluğa, dövlət başçısına müraciət edirəm, bunlar isə hələ mənə məktub çatmamış, məni qərarla işdən çıxarırlar. Mən bu qərarla razılaşmıram, məhkəmədə haqq yolunu tapacaq".

Onun bu açıqlamasına Muxtar Respublikanın cavabdeh və ölkənin rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

O bir müddət öncə qanunsuz saydığı məsələlərlə bağlı AzadlıqRadiosuna da açıqlama vermişdi. Daha sonra isə bildirmişdi ki, həmin açıqlamadan sonra çalışdığı məktəbin rəhbərliyinin hücumuna məruz qalıb.

Naxçıvan MR Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirilmişdi ki, quruma S. Qəmbərovaya hücum edilməsi ilə bağlı şikayət daxil olmayıb: "Ancaq hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Hazırda araşdırma aparılır".

Həmin məktəbin rəhbərliyi ilə isə danışmaq cəhdləri nəticə verməyib.

Hücuma məruz qaldığını deyirdi

Naxçıvan şəhərində 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Qəmbərova hücuma məruz qaldığını və təxribata çəkildiyini deyir. AzadlıqRadiosunda hadisədən bir gün öncə S.Qəmbərovanın məktəbdə müəllimlərin ixtisarları və başqa qanunsuz saydığı məsələlərlə bağlı müsahibəsi yayımlanıb.

O bildirib ki, bu gün, sentyabrın 18-də məktəbdəki öz otağına girmək istədikdə kilidin dəyişdiyini başa düşüb: "Atama zəng etdim, dedim, belə olub, nə edim? Atam da dedi ki, gözlə, nazirliyə deyirəm. Mən gedib məktəbin qabağında oturub gözləmişəm. Gözləyəndə məktəbin direktoru Asudə Məmmədova dəhlizdə kəskin səslə dedi ki, "mən açar dəyişdirməmişəm". Mən də vurğuladım ki, "dəyişməmisənsə, açarım niyə düşmür?"".

"O saat başa düşdüm ki, təxribat edirlər..."

S.Qəmbərovanın dediyinə görə, direktorla birlikdə zirzəmidə yerləşən fiziki tərbiyə otağına düşüblər: "Düşəndə direktor "zavxoz"a iki nəfərin adını çəkdi ki, onları çağır. Sonra direktor otağı öz açarı ilə açdı. İçəri girəndə gördüm ki, bütün şəxsi əşyalarımı, sənədlərimi götürüblər. Soruşanda direktor dedi ki, sənəd görməyib. Bu vaxt direktor telefonu ilə başladı video çəkməyə. Mən o saat başa düşdüm ki, nəsə təxribat edirlər...".

Onun iddiasına görə, həmin vaxt direktor telefonu kənara atıb və ona hücum edib: "Sonra da iki texniki işçini çağırdı, onlar da dərhal otağa girdi. Onda mən də tez öz telefonunumu götürüb başladım çəkməyə. Mən ona heç nə eləmədim, hətta dedim ki, məni nə qədər istəsən vura bilərsən, mənim gücüm yoxdur".

Müəllim ona qarşı təxribat olacağını bildirir: "Reportaj onlarda o qədər qıcıq yaradıb ki, dözə bilmədilər. Bu insident yaranıb, mənə qarşı təzyiq olub".

Nazirlik: "Araşdırma aparılır"

Bu deyilənlərlə bağlı direktor və ya həmin məktəbin digər cavabdeh şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.

Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, quruma S.Qəmbərovaya hücum edilməsi və onun döyülməsi ilə bağlı heç bir şikayət daxil olmayıb: "Ancaq hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Hazırda araşdırma aparılır".

Naxçıvanda müəllimlərin etirazı: 'İlham Əliyevin təyin etdikləri onun düşmənləridir'
Gözlə

No media source currently available

0:00 0:06:43 0:00

XS
SM
MD
LG