Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

Reabilitasiya mərkəzində ölüm: '13 saat asılmış qalıb, qandal biləklərini siyirmişdi...'


Narkotik aludəçiləri üçün reabilitasiya mərkəzi. Foto arxiv
Narkotik aludəçiləri üçün reabilitasiya mərkəzi. Foto arxiv

Narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun atası Rafiq Məmmədov oğlunu müalicə məqsədilə reabilitasiya mərkəzinə yerləşdirdiyi halda, orada işgəncə nəticəsində öldürüldüyünü deyir. Söhbət Bakının Novxanı qəsəbəsindəki üçmərtəbəli evdə fəaliyyət göstərmiş "New Life" reabilitasiya mərkəzindən gedir.

Mərkəzin rəhbəri Orucəli Əliheydərov da daxil, beş nəfər həbs olunub. Onlara əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi ittihamlar verilib. İddia olunur ki, həmin evə müalicə məqsədilə yerləşdirilən şəxslərin hərəkət azadlığı məhdudlaşdırılıb, onlara işgəncə verilib.

Ayda bir dəfə telefonla danışıblar

2021-ci il sentyabrın 5-də reabilitasiya mərkəzində vəziyyəti pisləşən və az sonra xəstəxanada vəfat edən Hüseynin atası Rafiq Məmmədov deyir ki, oğlu 55 gün orada qalıb. Bu müddətdə cəmi iki dəfə onunla telefonla danışa bilib. Onun sözlərinə görə, ayda bir dəfə telefonla danışmağa icazə verilirdi.

Məhkəmədə bu barədə danışan Məmmədov bildirib ki, onu narkoloq-həkim bu reabilitasiya mərkəzinə yönləndirmişdi. Ona görə həmin həkimin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

'Patı'dan müalicə alan Aysel: '20 yaşın varsa, 25 yaşında öləcəksən'
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

"Ona o qədər əzab vermişdilər"

Ata iddia edir ki, meyitin üzərində çoxsaylı xəsarət izləri vardı: "Zəng elədilər ki, vəziyyəti ağırdır, Sumqayıta xəstəxanaya aparırlar, gəlin. Bir az keçmişdi ki, müstəntiq zəng elədi. Sən demə, artıq keçinibmiş, morqdadır. Ona o qədər əzab vermişdilər, meyit nə vəziyyətdə idi. Qolu sınmışdı, qandal biləklərini siyirmişdi. Öyrəndim ki, onu 13 saat əllərini qandallı asılmış vəziyyətdə saxlayıblar. Əsirlərə verilən işgəncələri veriblər...".

Məmmədovun sözlərinə görə, oğlunu aldadıb reabilitasiya mərkəzinə aparıblar. Ancaq bundan valideynin özünün də xəbəri olub. Ona deyilib ki, Qazaxıstandakı fəaliyyəti ilə əlaqədar İnterpolun Bakı bürosuna çağırılır. Bu adla onu zorla Novxanıya aparıblar.

"Mənə demişdilər ki, təkcə ağrıların götürülməsi kifayət deyil, beynindən də çıxmalıdır. Bunun üçün təxminən üç ay vaxt lazımdır. Orada olduğu 55 gün ərzində 1000 dollar və 100 manat da siqaret pulu vermişəm", – zərərçəkmiş bildirib.

Narkomaniyadan müalicə olunan qızlar: 'Bircə dəfə dadına baxmaq istəyirdim'
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

İttihamları qəbul etmirlər

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, mərkəzdə saxlanılanlara işgəncə verilmədiyini, hərəkət azadlıqlarının məhdudlaşdırılmadığını deyirlər. Bildirirlər ki, dünyada məşhur olan "12 addım" proqramı əsasında müalicə kursu tətbiq olunurdu.

"İttihamda yazılanlar başdan-ayağa nağıldır...", - təqsirləndirilənlər məhkəmədə belə deyiblər.

Onların vəkilləri mərhumun atasından soruşub ki, oğlu telefon danışıqlarında orada əzab verilməsi haqda nəsə demişdimi? "Yox, deməmişdi. Hiss edirdim ki, telefonla danışanda yanında adamlar olur...", - atanın cavabı belə olub.

Artıq dozada narkotik qəbulu?

Vəkillər bildirib ki, Məmmədov oğlunun qolunun sındırıldığını iddia etsə də, meyiti müayinə etmiş ekspertin rəyində bu barədə heç nə yoxdur.

Ekspertiza Məmmədovun artıq dozada narkotik qəbulundan vəfat etməsi barədə rəy verib. Belə olan halda, narkotikin o mərkəzə necə gedib çıxması sualı açıq qalıb.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt telekanallarda reklam olunan, onlarla pasiyentin müalicə məqsədilə gəldiyi mərkəzin, ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən beş nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı da verilib.

XS
SM
MD
LG