Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:25

Bütün dünya separatçıları Moskvada birləşib


Forum iştirakçıları
Forum iştirakçıları

Tədbirin rəsmi adı “Millətlərin dialoqu. Xalqların öz müqəddəratını təyinetmə hüququ" olsa da, əksər media qurumları onu “Separatçıların Moskva qurultayı” adlandırblar

Rusiya paytaxtında bazar günü keçirilmiş tədbirin rəsmi adı “Millətlərin dialoqu. Xalqların öz müqəddəratını təyinetmə hüququ və çoxqütblü dünyanın qurulması” olsa da, əksər media qurumları onu “Separatçıların Moskva qurultayı” adlandırblar.

Vladimir Putinin fondundan ayrılmış vəsaitlə keçirilən bu toplanışda iştirak edənləri “Amerika imperializminə nifrət” birləşdirirdi.

Rusiya mediası xəbər verir ki, prezident Vladimir Putinin fondundan ayrılmış vəsaitlə keçirilən bu toplanışda iştirak edənləri “Amerika imperializminə nifrət” birləşdirirdi.

Moskvadakı “President Hotel”də keçirilən tədbirdə əsasən Şimali və Cənubi Amerikanın və Qərbi Avropanın separatçıları iştirak ediblər.

Məsələn, Havay adalarının “kralı Edmund Kelia Silvadan” salam gətirən Havay separatçı lideri Lenni Sinkin toplanışdakı çıxışında deyib ki, ABŞ 19-cu əsrdə Havay kraliçasını taxtdan salıb və adanı xristianlaşdırıb.

BBC-nin Rus xidməti xəbər verir ki, əsasən ifrat xristianlığı dəstəkləyən ev sahiblərini bu çıxış çox da açmayıb.

Puerto Riko Rusiyadan iki dəfə yaxşı yaşayırsa...

Lakin “qurultayda” bundan da “maraqlı” çıxışlar olub.

Məsələn ABŞ-a xüsusi imtiyazlı ərazi kimi birləşmiş Puerto-Riko əhalisinin hüquqlarını müdafiə edən doktor Ramon Nenadich hesab edir ki, ərazi Birləşmiş Ştatlar tərəfindən ilhaq edilib və ora “müstəmləkə” administrasiyası rəhbərlik edir.

Lakin doktor Nenadich-in tələbləri arasında ABŞ-dan ayrılmaq olmayıb. O Moskva çıxşında deyib ki, Amerika Puerto Rikonun xarici borclarını ödəməli, daha çox kredit verməli, əhalinin maaşlarını isə artırmalıdır.

BBC-nin Rus xidməti yazır ki, bu gün Puerto Rikoda adambaşına ÜDM 28 min 500 dollardır. Bu Rusiyadakı rəqəmdən iki dəfə çoxdur.

Təhlilçilər bildirirlər ki, bu tədbirə birmənalı şəkildə ABŞ-a və Qərbə qarşı separatçı müxalifətdə olan təşkilatlar dəvət edilib.

Məsələn, qonaqların arasında İspaniyadan Kataloniya separatçıları, Britaniyadan isə İrlandiya respublikaçıları da olublar.

Buna baxmayaraq tədbirdə Ukrayna separatçılarını təmsil edən Donetsk və Luqansk “xalq respublikaları”nın nümayəndələri üçün istisna edilib.

Dağlıq Qarabağ dəvət olunmayıb?

Maraqlıdır ki, tədbirə Dağlıq Qarabağ və Qafqazın başqa separatçıları, məsələn ləzgi və talış fəallarıdəvət olunmayıblar. Bu belə də başa düşülə bilər ki, Azərbaycanı Rusiyada artıq qərbyönlü ölkə kimi qəbul etmirlər.

Ural dağlarından bu yana müxtəlif xalqlar və Moskvadan asılılığı az olan regionlardan ibarət Rusiyanın xarici ölkələrdəki separatçılığı dəstəkləməsi ilk növbədə onun özü üçün təhlükəli oyundur

Rusiya Antiqlobalist Hərəkatının lideri Aleksandr İonov Azərbaycan mediasına bildirib ki, tədbirə Dağlıq Qarabağ separatçıları dəvət olunmayıblar.

“Biz əsasən Qərbdə və uzun müddətdir ki, işləyən təşkilatları dəvət etmişik. Kataloniyalılar, şotlandlar, havaylılar artıq 30-40 ildir ki, mübarizə aparırılar” – deyib İonov.

Xəbər verilir ki, tədbirin təşkilatçısı, ziddiyyətli Rusiya Antiqlobalist Hərəkatı yığıncağın keçirilməsi üçün Putinin milli xeyriyyə fondundan 2 milyon rubl alıb.

Antiqlobalist və separatçı hərəkatlar üzrə ekspeert tarixçi Kiril Kobrin AzadlıqRadiosunun Rus xidmətinə bildirib ki, Putin çox təhlükəli oyun oynayır.

“Ural dağlarından bu yana müxtəlif xalqlar və Moskvadan asılılığı az olan regionlardan ibarət Rusiyanın xarici ölkələrdəki separatçılığı dəstəkləməsi ilk növbədə onun özü üçün təhlükəli oyundur” – deyib ekspert.

XS
SM
MD
LG