Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:38

Moskva Ankaranı açıq ittiham edir, Vaşinqton diqqətlə baxır (VIDEO)


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (Foto arxivdəndir)
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (Foto arxivdəndir)

Rusiya fevralın 12-də Ankaranı Suriyaya dair Moskva ilə gəldiyi razılaşmaları pozmaqda və Suriyanın İdlib qəzasında vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Son həftələrdə İdlibdə Suriya hökümət qoşunlarının Türkiyə tərəfindən dəstəklənən qüvvələr üzərinə hücumları intensivləşib.

İdlib anti-Assad qüvvələrin nəzarətində olan son və yeganə ərazidir.

Reuters yazır ki, Suriyanın şimal-qərbindəki İdlib qəzasında zorakılıqların artmasına məhz Rusiya tərəfindən dəstəklənən Assad qüvvələrinin hücum və bombardmanları səbəb olub.

Son 10 gündə bu zorakılıqlarda 13 Türkiyə əsgəri həlak olub.

Xəbərlərdə deyilir ki, 2015-ci ildən bəri ilk dəfə olaraq Kreml, Rusiya Xarici İşlər və Müdafiə nazirlikləriAnkaranı Suriyadakı vəziyyətə görə birbaşa və açıq ittiham ediblər.

Kreml bildirib ki, Türkiyə İdlibdəki yaraqlıları zərərsizləşdirmək barədə vədlərini pozub.

Rusiya bunu qeyri-məqbul hərəkət adlandırıb.

Rusiya XİN Ankaraya xəbərdarlıq edib ki, Türkiyə hərbi qüvvələri Suriya ərazisinə Suriya hökumətinin icazəsi olmadan gəlib.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Türkiyə qoşunları İdlibdəki vəziyyəti gərginləşdirib.

Nazirlik habelə Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Rusiya və İran tərəfindən dəstəklənən qüvvələrin dinc əhali üzərinə daim hücum etdiklərinə dair iddiasını rədd edib:

“İdlibdəki de-eskalasiya zonasında böhranın real səbəbi odur ki, bizim türkiyəli həmkarlarımız mötədil müxalifət döyüşçülərini terrorçulardan ayırmaq barədə vədlərinə əməl etməyiblər”.

Bəyanatda daha sonra deyilir ki, Türkiyə qoşunlarının və hərbi zirehli texnikasının İdlibdə olması, habelə Türkiyə-Suriya sərhədi üzərindən İdlibə silah-sursat gətirilməsi oradakı vəziyyəti pisləşdirib.

Erdoğan Moskvanı qəzəbləndirib

Rusiyanın Ankaraya qarşı ritorikası, Erdoğanın daha bir Türkiyə əsgəri öldürülərsə, Suriya hökumət qüvvələrinə havada və quruda zərbə endiriləcəyini bəyan etməsindən sonra sərtləşib.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Moskva Suriyaya dair Ankara ilə bağladığı sazişə sadiq qalır, lakin eyni zamanda İdlibdə yaraqlıların hər hansı hücumlarını qeyri-məqbul və elə həmin o sazişin şərtlərinə zidd hesab edir.

Rusiya və Türkiyə Suriyanın şimalındakı İdlib qəzasında hərbisizləşdirilmiş zona yaratmaq barədə 2018-ci ildə razılığa gəlmişdilər, lakin bu razılaşma Assad qüvvələrinin İdlibə hücumlarının intensivləşməsi ilə pozulmaq həddinə çatıb.

Peskov deyib ki, sözü gedən razılaşmaya əsasən Türkiyə İdlibdəki terrorçu qrupları neytrallaşdırmalı idi:

“Biz təəsüflə qeyd etməliyik ki, bu qruplar İdlibdən Suriya qoşuinlarına hücum edir və bizim hərbi qurğularımıza qarşı aqressiv hərəkətlərə yol verirlər”.

Ankara ilə Moskva bir-birini Suriya razılaşmasını pozmaqda günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

ABŞ-Türkiyə təkrar yaxınlaşması baş verə bilər

Bu arada ABŞ-ın mühafizəkar həftəlik Washington Examiner məcmuəsi yazır ki, Rusiya və Suriyanın İdlib qəzasında Türkiyə qüvvələri üzərinə hücumları Birləşmiş Ştatları və Türkiyəni təkrar bir-birinə yaxınlaşdıracaq.

Məqalədə deyilir ki, Trump administrasiyası yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışır.

Fevralın 11-də ABŞ dövlət katibi Mike Pompeo İldibdə həlak olmuş Türkiyə hərbçilərinə görə Ankaraya başsağlığı verib.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Jim Jeffrey fevralın 12-də Ankaraya gəlib və Türkiyə rəsmiləri ilə söhbətində Suriyada həlak olanları “şəhid” adlandırıb.

Məcmuə yazır ki, Jeffrey-nin bu söz oyunu erdoğanyönlü mediada geniş təbliğ olunur.

Putinin müttəfiqi yox, oyuncağı olur

Washington Examiner yazır ki, Rusiya lideri Vladimir Putin Türkiyə qüvvələrini bombardman etməklə Türkiyəni Suriyadakı hərbi postlarını yığışdırmağa məcbur edəcəyini düşünür.

Məqalədə deyilir ki, Rusiya-İran ittfaqı bununla da İdlibdəki Suriya qiyamçlılarına son qoyacağna inanır.

Lakin müəllifin fikrincə əvvəllər Erdoğanı geri oturmağa məcbur edən belə hərəkətlər indi əks-nəticə verəcək:

“Erdoğanın səbirsizliyi sürətlə artır. O artıq başa düşür ki, Putinin müttəfiqi yox, oyuncaqları olur”.

Türkiyə Suriyanın İdib əyalətinə ordu yeridir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Daha sonra deyilir ki, Erdoğan burada öz ölkəsinin daxilindəki faktorları da nəzərə almalıdır:

“Erdoğanın Türkiyə əsgərlərinin ölümlərini sakitcə qəbul etməsi onun millətçi elektoratı tərəfindən yaxşı qarşılanmazdı”.

Washington Examiner yazır ki, böyük bir ehtimalla ABŞ İdlibdə Rusiyanın hərəkətlərinə dair kəşfiyyat materiallarını Ankara ilə bölüşüb və burada Putinin geri çəkiləcəyini gözləmək olar.

Müəllifin fikrincə, Erdoğanın NATO ilə soyuq münasibəti Moskva üçün strateji baxımdan daha önəmlidir:

“Türkiyə İdlibdə geri çəkilmək istəməsə, yeganə alternativ açıq münaqişə riski olacaq. Rusiya bu münaqişədə qalib gələcəyinə əmin ola bilməz”.

XS
SM
MD
LG