Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

'Mehriban Əliyeva... problem yaşamayacaq'


Vahid Əhmədov
Vahid Əhmədov

AzadlıqRadiosu birinci vitse-prezidentlə bağlı deputatlardan şərh almağa çalışır. Deputat Elmira Axundova bu barədə yaxın zamanda məqalə yazacağı üçün şərh vermək istəməyib. Parlamentin vitse-spikeri Ziyafət Əsgərov az sonra əlaqə saxlamağımızı istəsə də, daha sonra telefon söndürülüb.

Buna da bax-'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

«Yəni hər hansı fors-major hadisə baş verərsə, onu birinci vitse-prezident əvəz edəcək. O da etibar etdiyi adamdır, ikincisi də, Mehriban xanım Əliyeva kifayət qədər tanınmış siyasətçidir, millət vəkilidir, ölkədə, xaricdə müsbət imic qazanmış biri kimi problem yaşanmayacaq». Bunu deputat Vahid Əhmədov AzadlıqRadiosuna müsahibəsində deyir:

Vahid Əhmədov: "Əlbəttə, bu, müsbət addımdı"
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

– Vahid müəllim, Mehriban Əliyeva birinci vitse-prezidentdir artıq. Siz də bir qədər öncə AzadlıqRadiosuna müsahibənizdə demişdiniz ki, islahatlara birinci vitse-prezident rəhbərlik edəcək. Bu təyinatdan nə gözləyirsiniz, birinci xanım birinci vitse-prezident kimi islahatlara uğurla rəhbərlik edə biləcəkmi?

– Vitse-prezidentlik institutu Azərbaycanda yeni fəaliyyətə başlayır, cənab prezident ilk olaraq Mehriban xanım Əliyevanı bu posta təyin etdi. Əlbəttə, bu, müsbət addımdır. Birincisi, xanımdır, ikincisi, Mehriban xanım Azərbaycanın ictimai-siyasi həyatında, beynəlxalq arenada yetərincə tanınmış şəxsdir, millət vəkilidir, humanitar, mədəniyyət və idman məsələləriylə daha çox məşğul olub. Mənə elə gəlir, bu saat Azərbaycanın ictimai-siyasi həyatında ikinci şəxsin qadın olması çox önəmlidir. Çünki Azərbaycanın daxilində və xaricində baş verənlərə qadının təsiri və rolu böyük ola bilər, eyni amanda, qadınlar daha həssas olurlar. Mən hesab edirəm ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycanın ictimai-siyasi həyatında daha çox dəyişikliklərə və müsbət addımların atılmasına səbəb olacaq. Bu proses digər vitse-prezidentlərin təyin edilməsi ilə davam edəcək.

– İslahatlara toxunmadınız. Mehriban Əliyeva indiyə qədər iqtisadi sahədə çalışmayıb. Sizcə, bələd olmadığı sahədə uğurlu fəaliyyət göstərə biləcəkmi?

– İslahatları onsuz da cənab prezident aparır. Birinci vitse-prezident də onun davamçısı və onu əvəzləyəcək şəxs olduğundan bu islahatların aparılmasında daha fəal iştirak edəcək. Bir də, Mehriban Əliyeva bir çox sahədə üzərinə böyük yük götürmüşdü, indi də vitse-prezident kimi həmin yükü boynuna çəkəcək.

– Bu təyinatla bağlı ilkin şərhlərdə prezident «monarxiyanı rəsmiləşdirdiyinə, ailə hegemonluğunu bərqərar etdiyinə görə» tənqid edilir. Siz bu tənqidlər barədə nə düşünürsüz?

– Mən bunu monarxiya kimi qəbul etmirəm. Monarxiyadır, ya deyil, amma indiki siyasi vəziyyət tələb edir ki, prezidentin etimad göstərdiyi insan birinci vitse-prezident olsun. Yəni, hər hansı fors-major hadisə baş verərsə, onu birinci vitse-prezident əvəz edəcək. O da etibar etdiyi adamdır, ikincisi də, Mehriban xanım Əliyeva kifayət qədər tanınmış siyasətçidir, millət vəkilidir, ölkədə, xaricdə müsbət imic qazanmış biri kimi, problem yaşanmayacaq.

– Korrupsiya haqda qanunda deyilir ki, yaxın qohumlar bir yerdə işləyə bilməz.

– Mən biləni qanunda elə şey yoxdur.

Mehriban Əliyeva fevralın 21-də Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

XS
SM
MD
LG