Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Ekspert: «Maliyyə göstəricilərini gizlədən bankların sayı artıb»


Foto arxiv.
Foto arxiv.

-

Birinci rüb bir aydır başa çatıb. Qanunvericiliyə görə, banklar çoxdan rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını öz saytlarında dərc etməliydilər, ancaq onların əksəriyyəti bu məlumatları hələ də açıqlamayıb.

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, maliyyə göstəricilərini gizlədən bankların sayı çoxalıb: «Bu da həmin bankların və ümumiyyətlə, bank sisteminin ağır vəziyyətindən xəbər verir».

«ÖTƏN RÜBDƏ SAYLARI 13 İDİ...»

Ekspertin sözlərinə görə, hesabatlarını daim gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 19 bank var: «Ötən rübdə sayları 13 idi. Bank VTB, Nikoyl Bank, Unibank, Bank Respublika, ParaBank, YapıKrediBank, ZaminBank, AGBank, AmrahBank, AtaBank, Bank Standard, GünayBank, XalqBank, KredoBank, NaxçıvanBank, Bank of Baku, DekaBank, DəmirBank və Bank BTB. Bunlar ən etibarsız banklardır. Bu qrupa, əslində, Azərbaycan Beynəlxalq Bankı və AzərTürkBank da aid olmalı idi, çünki hesabatlarını dərc etmirlər. Lakin bu iki bank dövlət bankı olduğundan və vətəndaşların oradakı vəsaitinə dövlət təminatçı olduğundan, onları heç bir təsnifata daxil etməmişəm».

«GÖRƏSƏN, 3 AYDA NƏ BAŞ VERİB Kİ...»

Ə.Həsənov sözünə davam edərək deyir: «Ötən rüb AccessBank sistemin lideri idi və 62 milyon manatdan çox xalis mənfəəti vardı. Görəsən, 3 ayda nə baş verib ki, göstəricilərini gizlədir? NBC Bankın ötən rübdə 1 milyon manatdan çox, ExpressBank-ın 1 milyon manatadək xalis mənfəəti vardı. Həmin müddətdə TuranBank-ın xalis mənfəəti yarım milyon manat olub. Bank Melli Iran-ın Bakı filialı isə 1 milyon manata yaxın zərərlə işləmişdi».

«KAPİTALBANK RÜBLÜK HESABATINI ARTIQ NEÇƏNCİ DƏFƏDİR Kİ...»

Ekspertin fikrincə, KapitalBank rüblük hesabatını artıq neçənci dəfədir ki, qismən açıqlayır: «Bu bankın hesabatından onun mənfəətlə və ya zərərlə işləməsi aydınlaşmır. Vəziyyəti yaxşı olan bank bu məlumatı niyə gizlətsin ki?!».

Ekspert hesabatını dərc edən 10 bankı sadalayır:

1. PaşaBank – 50 milyon manatdançox xalis mənfəəti var;

2. Azərbaycan Sənaye Bankı – 16 milyon manata yaxın xalis mənfəəti var;

3. Caspian Development Bank – 14 milyon manatdançox xalis mənfəəti var;

4. Bank Silk Way – 7 milyon manatdan çox xalis mənfəəti var;

5. AFB Bank – 7 milyon manatdan çox xalis mənfəəti var;

6. ZiraatBank – 5 milyon manatdan çox xalis mənfəəti var;

7. RabitəBank – 3 milyon manatdan çox xalis mənfəəti var;

8. MuğanBank - 1 milyon manatdan çox xalis mənfəəti var;

9. Bank Avrasiya – 200 min manatdan çox xalis mənfəəti var;

10. Pakistan Milli Bankının Bakı filialı – 800 min manatdan çox xalis mənfəəti var.

XS
SM
MD
LG