Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:18

Rusiya Afrikaya da qoşun göndərir?


Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanj Tuadera
Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanj Tuadera

Mərkəzi Afrika Respublikası (MAR) bildirir ki, prezident və parlament seçkiləri ərəfəsində yaranmış dövlət çevrilişi təhlükəsi ilə bağlı ölkədə yüzlərlə hərbçidən ibarət Rusiya və Ruanda qoşunları yerləşdirilir.

MAR hökuməti bu bəyanatı dekabrın 21-də verib. Xəbər verilir ki, keçmiş prezident Fransua Bozizenin başçılığı altında qiyamçı qruplaşmalardan ibarət ordu paytaxt Bangi üzərinə yürüşə başlayıb.

Ölkədəki BMT qüvvələrinin sözçüsü deyib ki, qiyamçı qüvvələr artıq geri otrurdulub və vəziyyət “nəzarət altındadır”.

Bozize hazırkı prezident Fosten-Arkanj Tuaderaya qarşı dövlət çevriliş etmək istədiyinə dair ittihamları rədd edib.

Hakimiyyətə 2016-cı ildə gəlmiş Tuadera dekabrın 27-də keçiriləcək seçkidə yenidən prezident seçilmək istəyir.

Bozizenin namizədliyi ölkənin Ali Məhkəməsi tərəfindən rədd edilib.

Kremlin “ciddi narahatlığı”

Hökumət sözçüsü bildirir ki, Rusiya Moskva və Bangi arasında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsinin əsasında MAR-a bir neçə yüz əsgər və ağır silahlar göndərib.

Ruandanın göndərdiyi bir neçə yüz əsgər artıq MAR-dadır və təlimlərə başlayıb.

Ruanda bildirir ki, onun BMT-nin sülhməramlı qüvvələrindəki qoşunları qiyamçılar tərəfindən hücuma məruz qaldıqdan sonra Mərkəzi Afrika Respublikasına “müdafiə qüvvəsi” göndərməyi qərar alıb.

Kreml siyasi böhranın “ciddi narahatlıq” doğurduğunu bildirib, lakin Rusiya qoşunlarının MAR-a göndərilməsi ilə bağlı xəbərlərə şərh verməyib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “biz əlbətə, vəziyyəti monitorinq və təhlil edirik”.

Rusiya və Fransanın rəqabət meydanı

Rusiya son illərdə Mərkəzi Afrika Respublikası ilə sıx əlaqələr qurub. MAR çox qeyri-sabit və yoxsul ölkə olsa da, almaz və uranla zəngindir.

Hazırda bu ölkədə rusiyalı hərbi müşavirlər yerləşdirilib və onlar hökumət qoşunlarına təlim keçirlər.

Ölkədə seçki kampaniyasının qızışdığı bir vaxtda Facebook bir-birilə rəqabət aparan iki dezinformasiya kampaniyasını aşkar edib.

Bunlardan biri Fransa həbiyyəinə, digəri isə rusiyalı oliqarx, “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinə bağlıdır.

Bu da iddia olunur ki, MAR-da yerləşdirilən Rusiya hərbi birləşməsi Priqojinə bağlı Vaqner özəl hərbi şirkətinin muzdlularıdır.

XS
SM
MD
LG