Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40

İranda jurnalist həbsləri davam edir


Məhəmməd Basati
Məhəmməd Basati

Yerli mənbələr ötən ay Luristanda daha dörd jurnalistin məhkum olunduğunu bildirirlər

Ötən ay İranın qərbi Luristan vilayətində azı altı jurnalist peşə fəaliyyətinə görə təqiblə üzləşib. Məlumatı yerli mənbələr verib.

Roydad24 xəbər agentliyi avqustun 10-da yazıb ki, “Balutestan” qəzetinin baş redaktoru Məhəmməd Basati altı ay həbsə və 80 milyon rial ($260) cəriməyə məhkum edilib. Bu, İmam Xomeyni Yardım Fondunun şikayətindən sonra baş verib.

“Sübut edə bilmədiyi saxta xəbər yayıb”

Sözügedən xeyriyyə fondu 1979-cu ildə yoxsul ailələrə dəstək məqsədilə yaradılıb. Fondu İran hökuməti büdcə vəsaitilə dəstəkləyir.

Məhkəmənin hökmündə deyilir ki, Basati WhatsApp xəbər qrupunda “sübut edə bilmədiyi saxta xəbər yayıb”. Ancaq hökmdə detallar açıqlanmır.

Luristanda jurnalist Sina Qələndəri avqustun 1-də bildirib ki, 27 aylıq həbsə məhkum edilib, iki il ərzində mediada çalışması yasaqlanıb.

Qələndəri ötən sentyabrda əri tərəfindən öldürüləm 16 yaşlı yeniyetmə Mobina Suridən yazıb. “Namus” qətlini törədən kişi ruhani olub.

Roydad24 Qələndəri və Basatinin məhkəmələrinə eyni hakimin baxdığını xəbər verir.

İran fəzaya peyk buraxdı
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Daha dörd jurnalist

Yerli mənbələr ötən ay Luristanda daha dörd jurnalistin məhkum olunduğunu bildirirlər.

Vilayət valisi bu yaxınlarda İranda Jurnalistlər Günü münasibətilə bütün jurnalistlərə qarşı ittihamları ləğv etmək göstərişi verib.

İranda korrupsiyadan, hakimiyyətin mənfiliklərdən yazan jurnalistlər, media fəalları adətən həbs olunur. Vilayətlərdə rəsmilərin kiçicik tənqidi belə sərt cəzayla nəticələnə bilər.

Bəzi hallarda jurnalistlər hökumət tərəfindən zorakılıqla təhdid olunurlar.

XS
SM
MD
LG