Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:14

Britaniyanın baş naziri reanimasiyadadır


Boris Johnson
Boris Johnson

Britaniyanın baş naziri Boris Johnson koronavirus simptomlarının “pisləşməsi” ilə bağlı xəstəxananın reanimasiya şöbəsinə keçirilib.

BBC xəbər verir ki, cənab Johnson xarici işlər naziri Dominic Raabdan “zəruri olduqda” onun səlahiyyətlərini icra etməyi rica edib.

55 yaşlı baş nazir ötən bazar günü koronavirus simptomlarının “keçib getməməsi” səbəbilə Londondakı Müqəddəs Tomas xəstəxanasına yerləşdirilmişdi.

Baş nazirin sözçüsü bildirib ki, o reanimasiyaya öz həkim briqadasının məsləhəti ilə keçirilib və ona “əla tibbi xidmət” göstərilir.

Bu barədə verilmiş hökumət bəyantında deyilir:

"Bugün gündüz saatlarında baş nazirin vəziyyəti pisləşib və o öz həkim briqadasının məsləhəti ilə xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Baş nazirə əla tibb xidməti göstərilir və o Dövlət Səhiyyə Sisteminin heyətinə onun ağır və fədakar işinə görə təşəkkürünü bildirir”.

Bundan 10 gün əvvəl cənab Johnson cari müayinə üçün xəstəxanaya getmiş, orada onda koronavirus olduğu aşkar edilmişdi.

Aprelin 6-da baş nazir yazdığı tvitdə “yaxşı əhvalda” olduğunu qeyd edirdi.

London Rusiya agentliyini dezinformasiyada ittiham edir

Britaniya baş nazirinin mətbuat katibi Rusiyanın RIA Novosti agentliyinin Boris Johnson-un guya xəstəxanada süni tənəffüs aparatına qoşulmasına dair xəbərini təkzib edib.

Londondakı Müqəddəs Tomas xəstəxanası
Londondakı Müqəddəs Tomas xəstəxanası

Mətbuat katibi RIA-nın bu xəbərini “dezinformasiya” adlandırıb.

Reuters agentliyi bildirir ki, baş nazirin sözçüsü bu xəbərin Rusiya agentliyinin koronavirus pandemiyası ilə bağlı çoxsaylı dezinformasiyalarından yalnız biri olduğunu deyib.

Mətbuat katibi Johnson-un bugünlərdə Londondakı Müqəddəs Tomas xəstəxanasına yerləşdirildiyini təsdiq edib və bildirib ki, baş nazir bir müddət burada qalacaq.

Baş nazirin səhhət durumu ilə bağlı məsələyə aydınlıq gətirən sözçü deyib ki, Boris Johnson-un xəstəxanaya yerləşdirilməsinə səbəb onda koronavirusun yüksək hərarət və öskürək kimi simptomlarının keçib getməməsi olub.

Mətbuat katibi Johnson-un oksigen terapiyası aldığına dair bir sıra mediaların xəbərlərini birbaşa təkzib etməyib, amma onları bu məsələyə “məsuliyyətlə” yanaşmağa çağırıb.

Sözçü Johnson-un ağ ciyərin ventilyasiyası aparatına (AVA) qoşulmadığını vurğulayıb.

Mətbuat katibi bir daha deyib ki, Boris Johnson hökumətə rəhbərliyini davam etdirir.

Boris Johnson-un özü daha sonra bu barədə Twitter-də yazıb. O qeyd edib ki, xəstəxanaya “adi müayinə” üçün gətirilib.

Rusiyanın hökumətdən maliyyələşən RIA Novosti xəbər agentliyi aprelin 5-də gecə bildirirdi ki, Britaniyanın baş naziri süni nəfəs aparatına qoşulacaq.

Bu xəbər əslində Boris Johnson-un infeksiyasının pisləşməsi mənasını verirdi.

Agentlik bu xəbərin mənbəyi kimi Britaniya Tibb Xidmətinə istinad etdiyini yazmışdı.

Johnson koronavirusa yoluxduğunu martın 27-də bildirmişdi. O xəstəxanaya aparılmazdan əvvəl öz mənizilində ətrafdan təcrid olunmuşdu.

XS
SM
MD
LG