Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Fransanın Ermənistana daha çox hərbi avadanlıq göndərdiyi bildirilir 


Fransa Ermənistana hansı silahları sata bilər?
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Fransa Ermənistana hansı silahları sata bilər?

Fransanın müdafiə naziri Sebastyan Lekornu (Sebastien Lecornu) fevralın 22-də Yerevana gedib. Bu arada Ermənistanın ötən oktyabrda aldığı Fransa hərbi texnikasının da çatdırıldığı bildirilir.

O zaman Ermənistanın Müdafiə Nazirliyi ilə Fransanın Thales müdafiə şirkətinin bağladığı sazişdə Yerevana üç müasir radar sisteminin satışı nəzərdə tutulmuşdu. Parisdə imzalanma mərasiminə Lekornu və ermənistanlı həmkarı Suren Papikyan da qatılmışdı.

GM200 radarları 250 km-lik radiusda eyni vaxtda çoxsaylı hərbi təyyarələri, dronları, hətta raketləri aşkarlayaraq izinə düşə, vavadan müdafiə sistemləri isə bu hədəfləri vura bilər. Bir il öncə Fransa Ukraynaya iki belə sistemi verib.

Fransanın “Le Figaro” qəzeti və “AFP” xəbər agentliyinin məlumatına görə, üç radar, eləcə də Fransanın gecəgörmə avadanlığı fevralın 22-də Ermənistana göndərilməliydi. Ancaq Ermənistanın Müdafiə Nazirliyi bu məlumatları şərh etməyib.

“Sırf müdafiə” xarakterli silah təchizatı

Lekornu fevralın 21-də Fransadan bu və digər silah təchizatının “sırf müdafiə” xarakterli olduğunu vurğulayıb. O, Fransanın RTL televiziyasına Ermənistanın “böyük təhlükəsizlik problemləri” ilə üz-üzə qaldığını deyib.

Lekornunun səfərindən bir gün öncə isə Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşən Fransa prezidenti Emmanuel Makron Yerevanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəklərini söyləyib. O, Azərbaycanı Ermənistanla sərhədləri birmənalı tanımağa, Qarabağın erməni əhalisinin “azad şəkildə və tezliklə” qayıdışına imkan verməyə çağırıb.

Azərbaycan XİN Makronun bəyanatını pisləyib, onun regionda “yeni gərginlik” yarada biləcəyini deyib.

Lekornu və Papikyan fevralın 23-də görüşəcəklər. Ermənistan parlamentinin aparıcı üzvü iki ölkə arasında əlavə sazişlərin imzalanacağını istisna etməyib.

Rusiya uzun müddət Ermənistanın əsas silah və sursat təchizatçısı olub. Ancaq ikitərəfli münasibətlərin pisləşdiyi, Rusiyanın Ukraynadakı müharibəyə fokuslandığı bir vaxtda Yerevan digər silah təchizatçıları axtarmağa başlayıb. 2022-ci ilin sentyabrından bəri Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktlarının imzalandığı bildirilir.

XS
SM
MD
LG