Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:35

Lavrov Yerevan və Bakını ‘ritorikalarını yumşaltmağa’ çağırdı (Video)


Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan (solda) və Sergey Lavrov
Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan (solda) və Sergey Lavrov

O bu fikri Ermənistanlı həmkarı Ararat Mirzoyanla avqustun 31-də Moskvada apardığı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında səsləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Azərbaycan və Ermənistan bir-birlərinə qarşı ritorikalarını əhəməyyətli dərəcədə yumşaltmalıdırlar.

Lavrov bu fikirləri Ermənistanlı həmkarı Ararat Mirzoyanla avqustun 31-də Moskvada apardığı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında səsləndirib:

"Əlbəttə ki, hər iki tərəfdən ritorikanı əhəmiyyətli dərəcədə yumşaltmaq lazımdır. Bu, yekun və tam tənzimləmə üçün şərait yaradar. Mən buna əminəm”.

Bakı və Yerevana ünvanlanmalı sual

TASS dövlət xəbər agentliyinin məlumatında deyilir ki, Rusiya xarici işlər naziri diqqəti üçtərəfli işçi qrupun fəaliyyətinin əhəmiyyətinə çəkib:

"Mən ondan çıxış edirəm ki, söhbət prosesin bərpasından yox, indiyədək imzalananların yerinə yetirilməsindən, ilk növbədə etibarlı təhlükəsizliyin təmin olunması zərurətindən və əlbəttə, etimadın bərpa olunmasından gedir. Burada nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması üçün baş nazir müavinləri səviyyəsində üçtrərfli işçi qrup xüsusi rol oynayır. Bu, tərəflərin baş verənlərə daha konstruktiv yanaşmasına imkan verəcək çox mühüm tədbirdir”.

Nazir əlavə edib ki, Moskva Ermənistan və Azərbaycan arasında bütün səviyyələrdə humanitar əlaqələrin qiymətləndirilməsini prinsipial şəkildə mühüm sayır.

Sergey Lavrov Azərbaycan və Ermənistan arasında hər hansı görüşün olub-olmayacağına dair sualı Bakı və Yerevana ünvanlamağı məsləhət görüb.

Lavrov: Həmin erməni hərbçilər atəşkəs bəyannaməsindən sonra saxlanıblar
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Minsk qrupunun sonrakı fəaliyyəti

Lavrov qeyd edib ki, Moskva və Yerevan Ermənistan və Azərbaycanın münasibətlərində qarşılıqlı qıcıqlandırıcıların aradan qaldırılması səylərinə diqqətin azaldılmaması barədə razılığa gəliblər.

O habelə bildirib ki, erməni həmkarı ilə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış və Dağlıq Qarabağda münaqişəsinin dayandırılmasına imkan vermiş 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının icra olunması vəziyyətini hərtərəfli müzakirə edib.

“Razılaşmışıq ki, Yerevan və Bakının münasibətlərində, erməni əsirlərin azad olunması məsələsinin tam həlli, minalı sahələrin xəritələrinin verilməsi də daxil qarşılıqlı qıcıqlandırıcıların dəf olunması səylərinə diqqəti azaltmayaq. Biz həmçinin ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətinin tələb olunduğunu təsdiqləmişik”.

“Bir torpaqda yaşayıb bir havanı udacağın qonşuya...”

Lavrov bildirib ki, Rusiya Azərbaycan tərəfini bütün erməni hərbi əsirlərin qeyd-şərtsiz azad olunmasına çağırır:

"Biz bu siqnalı Azərbaycanlı həmkarlarımıza göndərir, hamının qeyd-şərtsiz azad edilməsinə çağırırıq”.

Nazirin sözlərinə görə Azərbaycan tərəfindən belə hərəkət hazırda çatışmayan etimadın rəmzi olardı:

“Əlbəttə, bu çox mühüm humanitar addım olardı. Buna görə də biz bu mövqedən çıxış etməyimizi davam etdirəcəyik, amma əlbəttə, məsələnin yekun həlli hər halda bizdən asılı deyil”.

Bununla belə Lavrov əlavə edib ki, Moskvanın bu mövqeyi Bakı ilə bütün səviyyələrdəki təmaslarda sistematik nümayiş etdirilir:

"İstənilən etimad tədbiri... və heç də təkcə bu yox... Baxın, Ermənistanın cavab tədbiri kimi minalı sahələrin xəritəsini verməsini biz fəal şəkildə dəstəklədik. Hesab edirik ki, indi də belə qarşılıqlı addımlar lazımdır. Mühüm deyil ki, dalbadal olsun, sadəcə olaraq partnyora, onsuz da bir torpaqda yaşayıb bir havanı udacağın qonşuya qarşı adi məram göstərmək... Biz bunu hər vəchlə dəstəkləyəcəyik”.

XS
SM
MD
LG