Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Lavrov Praqadan sovet heykəlinin yerinə qaytarılmasını tələb edir


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Çexiya rəsmiləri sovet marşalı Ivan Konevin Praqanın mərkəzindən götürülmüş heykəlini yerinə qaytarmalıdırlar.

Mayın 15-də Rusiyanın RBK agentliyinə müsahibəbəsində Lavrov Çexiyanı özünün “uşaq hərəkətinin” və 1993-cü il Rusiya-Çexiya dostluq müqaviləsinin şərtlərini “kobud şəkildə pozmasının” izahını verməyə çağırıb.

O deyib ki, Praqa meri bu heykəli demontaj etməsinin səbəblərini izah etməlidir.

Rusiya tərəfininin tarixi hadisələri öz istədiyi kimi qiymətləndirməyə başlaması ilə son aylarda Praqa ilə Moskva arasında münasibətlər sürətlə korlanmaqdadır.

Bu ilin aprel ayında Praqanın mərkəzi parklarından birində sovet marşalı Ivan Konevə qoyulmuş heykəl demontaj edilib. Rusiya tərəfi bildirir ki, Ivan Konev 1945-ci ilin 9 mayında Praqanı almanlardan azad edib.

Heykəlin qoyulduğu paytaxt rayonunun rəhbərliyi isə bildirmişdi ki, bu abidə muzeylərdən birinə köçürüləcək və onun yerində Praqanın “əsl xilaskarlarına” abidə qoyulcaq.

Rusiya heykəlin götürülüməsinə acıqlı reaksiya vermişdi. Bunun ardınca Çexiya mediası iddia etmişdiki, Moskva Praqa merini və daha iki paytaxt rəsmisini zəhərləmək üçün casus göndərib.

Praqa meri və iki rayonun bələdiyyə rəisləri ailələri ilə birlikdə hazırda ciddi polis qoruması altındadırlar.

Pis reputasiya

Rusiya indiyədək özünə düşmən bildiyi şəxsləri aradan götürmək cəhdlərində ittiham edilib.

London Moskvanı keçmiş Rusiya casusu Sergei Skripal və onun qızını zəhərləmək cəhdində ittiham etmişdi.

Bundan əvvəl isə Rusiya başqa bir keçmiş casus – Aleksandr Litvinenkonun Londonda zəhərlənərək qətlə yetirilməsinə görə ittiham olunurdu.

Bu həftənin əvvəllərində isə Çexiya xarici işlər naziri Tomas Petricek Rusiya səfirliyinin ricasını ölkə polisinin rəhbərliyinə çatdırıb.

Rusiya səfirliyi onun Çexiya mediasında zəhərlənmə qalmaqalı ilə bağlı adı çəkilən rəsmisinin mühafizə edilməsini xahiş etmişdi.

Kommunistlərdən qalma irs

Konevin 1980-ci ildə Çexoslovakiyanın kommunist rejimi tərəfindən ucaldılmış heykəlinə çexlərin münasibəti heç vaxt birmənalı olmayıb.

1989-cu ildə ölkədə kommunist hökuməti devriləndən sonra isə bu abidəyə dəfələrlə vandalizm hücumları edilmişdi.

Bu heykəl aprelin 3-də demontaj edildikdən sonra Rusiyanın İstintaq Komitəsi Çexiya Respublikasına qarşı cinayət işi açmışdı. Halbuki Avropa İttifaqının suveren üzvü olan Çexiya Moskvanın yurisdiksiyasına daxil deyil.

Bu heykəl götürüldükdən sonra naməlum şəxslər Çexiyanın Moskvadakı səfirliyinə və Sankt Peterburqdakı konsulluğuna hücum etmiş, səs qumbaraları partlatmış və missiyaların hasarlarında antifaşist plakatlar asmışdılar.

XS
SM
MD
LG