Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

ABŞ-ın Lavrova viza vermədiyi deyilir


Sergey Lavrov (Arxiv fotosu)
Sergey Lavrov (Arxiv fotosu)

ABŞ xarici işlər naziri Sergey Lavrov başda olmaqla Rusiya nümayəndə heyəti üzvlərinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı üçün viza verməyib.

Bu barədə məlumatı Rusiyanın ABŞ-dakı səfirliyinin teleqram kanalı yayıb.

Rusiya aprelin 1-dən Təhlükəsizlik Şurasının rotasiyalı sədridir. TŞ aprelin 24-də və 25-də iclas keçirməlidir.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib ki, Rusiya nümayəndə heyəti üzvlərinə viza verilməsi üçün sorğu ABŞ-ın Moskvadakı səfirliyinə martın axırlarında göndərilib.

Səfirin sözlərinə görə buna baxmayaraq hələ bir viza da verilməyib.

Səfir qeyd edib ki, Təhlükəsizlik Şurasının iclasına bir neçə gün qalmasına baxmayaraq bu məsələyə aydınlıq gətirilməyib.

Təyyarənin də icazəsi yoxdur

Antonov ABŞ-ı Rusiya nümayəndə heyətinə və Rusiya jurnalistlərinə viza verməyə çağırıb.

Səfir bunu da deyib ki, Lavrovu və nümayəndə heyətini ABŞ-a aparmalı təyyarənin də hələlik icazə sənədləri yoxdur.

Antovov ABŞ-ı sözü gedən təyyarənin Birləşmiş Ştatların hava məkanına daxil olması üçün icazənin mümkün qədər tez verilməsinə çağırıb:

“ABŞ hakimiyyət orqanları təyyarənin gəlişini hələ də razılaşdırmayıblar. Amerikalıların bu təyyarənin uçuşuna qeyd-şərtsiz və məhdudiyyətsiz operativ icazə vermələrini gözləyirik”.

Lavrov belə problemlə əvvəl də üzləşib

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz tammiqyaslı müdaxiləsinin ardınca Avropa İttifaqı özünün hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, Rusiyaya aid və ya Rusiyada qeydiyyatdan keçmiş və onun nəzarətində olan təyyarələrin Avropa İttifaqı ərazisi üzərindən uçuşu və Avropa hava limanlarında enişi qadağan edilib.

Analoji qərar ABŞ tərəfindən də qəbul olunub.

2022-ci ilin iyununda Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Lavrovun içində olduğu təyyarənin bu ölkələr üzərindən uçuşunu qadağan etmişdilər. Rusiya xarici işlər naziri Serbiya paytaxtı Belqrada gəlməli idi.

BMT Təhlükəsizlik Şurasının sədrliyi üzv ölkələr arasında rotasiya qaydası və əlifba sırası üzrə ayda bir dəfə həyata keçirilir və quruma kimin sədrlik etməsi burda müzakirə olunan məsələlər və qəbul olunan qərarlara təsir göstərmir.

May ayında sədr kürsüsündə Rusiyanı İsveçrə əvəz etməlidir.

Ukrayna Rusiyanın TŞ-dən çıxarılmasını təklif edib

Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlüyündən ümumiyyətlə çıxarılmasını təklif edir. Kiyev bildirir ki, əslində Rusiyanın TŞ, üzvü olmaq üçün son 30 ildə qanuni əsasları olmayıb.

Belə ki, SSRİ parçalandıqdan sonra Rusiyanın TŞ üzvlüyü BMT Baş Assambleyası tərəfindən təsdiq olunmayıb.

Məsələn Çexoslovakiya parçalandıqdan sonra Çexiya və Slovakiya BMT üzvlüyü üçün yenidən və ayrılıqda ərizə veriblər.

Britaniya bu ay BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasının internet yayımını bloklamışdı.

Rusiya tərəfindən aprelin 5-ə çağırılmış bu iclasda Ukrayna məsələsi müzakirə olunmalı və tədbirdə Rusiyanın uşaq haqları ombudsmanı – Mariya Lvova-Belova virtual çıxış etməli idi.

Haaqa məhkəməsi Lvova-Belovanı Ukraynadan uşaqların zorla Rusiyaya aparılmasında ittiham edir və onun barəsində də prezident Vladimir Putin kimi həbs orderi verilib.

Iran hanged 75 percent more people in 2022 that the previous years, two rights groups said on Thursday, denouncing an "execution machine" aimed at spreading fear as protests shook the country.

XS
SM
MD
LG