Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

Rusiya yaşayış binasına raket zərbəsi endirib – 11 ölü, 28 yaralı


Krivoy Roqda raket zərbəsinə düşən bina
Krivoy Roqda raket zərbəsinə düşən bina

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayəti, Krivoy Roq şəhərindəki beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Zərbə nəticəsində 11 nəfərin həlak olduğu, 28 nəfərin müxtəlif ağırlıq dərəcəsi olan xəsarətlər aldığı bildirilir.

Bu məlumatı Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul verib.

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Sergey Lısak deyib ki, hazırda yaşayış binasının xarabalıqları təmizlənir və ölü sayı arta bilər:

"Bu binada birinci mərtəbədən beşinci mərtəbəyədək mənzillər yanır. Yanğın 700 kvadrat metri əhatə edir. Bu ərazidəki özəl müəssisədə 3 nəfər xəsarət alıb. Onları xəstəxanaya yerləşdiriblər. Ehtimal ki, binanın uçqunları altında adamlar var. Xilasedicilər onları axtarırlar...”

Şəhər meri Vilkul isə bildirib ki, iyunun 13-də şəhərə raket zərbələri nəticəsində bir neçə mülki obyektə ziyan dəyib.

Zelenskinin doğma şəhəri

Ukrayna prezidenti Volodimir Zelenski öz doğma şəhəri Krivoy Roqa zərbə yerinin videosunu dərc edib:

"Terrorçular növbəti raket zərbəsi endiriblər. Rusiyalı qatillər yaşayış binalarına, adi şəhərlərə və insanlara qarşı müharibəni davam etdirirlər”.

Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirir ki, iyunun 13-də gecə Rusiya ordusu Ukraynaya 14 qanadlı raket atıb və 4 Şahed dronu buraxıb.

Ukrayna tərəfi 11 raketin və 1 dronun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirir.

Rusiya raketləri Xəzər hövzəsindən atıb

Ukrayna hərbi komandanlığı bildirir ki, X-101/555 tipli raketləri Xəzər dənizi hövzəsindən Tu-95MS bombardmançıları atıb.

İyunun 13-də gecə Ukrayna boyunca hava həyəcanı elan edilib. Kiyevdə, Dneprdə, Krivoy Roqda və Xarkov vilayətində partlayışlar baş verib.

Xarkov vilayətində Şahed dronları bir neçə mülki obyekti vurub.

Qurbanların olmadığı xəbər verilir.

Rusiya tərəfi iddia edir ki, “yüksək dəqiqliyə” malik raketlərlə Ukraynanın silah anbarlarına və ehtiyat əməliyyat qüvvələrinin cəmləşdirildiyi yerlərə zərbələr endirilib və “zərbələrin hamısı hədəfləri vurub”.

İyunun 14-də Krivoy Roqda matəm günü elan edilib.

Kiyev şəhərinə atılan bütün raketlərin vurulduğu xəbər verilir.

Ukrayna hücumu uğurla davam etdirdiyini bildirir

Krivoy Roq şəhərinə raket zərbələrinin endirildiyi vaxt Ukrayna qoşunlarının Berdyansk, Toretsk və Baxmut istiqamətlərində uğurlu hücumlarının davam etdiyi bildirilir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov deyib ki, ən uğurlu hücum əməliyyatı Berdyansk istiqamətində olub. Burada Ukrayna hərbçiləri 500 metrdən 1 kilometrədək irəliləyə biliblər.

Toretsk və Baxmut istiqamətlərində irəliləyiş 250 metr olub.

Ukrayna ordusu Donetskdə 4-cü kəndi geri aldı
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

ABŞ Milli Təhlükəsizlik Şurasının əlaqələndiricisi Con Körbi deyib ki, hücum əməliyyatlarının davam etdiyi şəksizdir, amma daha detallı məlumatları Kiyev verə bilər.

O əlavə edib ki, ABŞ Ukraynanın döyüş meydanında qələbəsi üçün lazım olan bütün tədbirləri görür.

Bundan əvvəl Ukrayna hərbçilərinin uğurlu hücum əməliyyatlarını ABŞ dövlət katibi Entoni Blinken şərh etmişdi:

"Əks-hücumun uğuru iki şeyi təmin edəcək – Əgər belə bir vəziyyət yaranarsa, onun danışıqlar masasındakı mövqeyini möhkəmləndirəcək və ola bilsin, Putinin diqqətini daha çox onun başlatdığı müharibənin dayandırılması üçün danışıqlara çəkəcək”.

XS
SM
MD
LG