Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:36

Koronavirusun cənub rayonlarına gətirdiyi faciələr


COVİD-19 xəstəsi, Gürcüstan, arxiv foto
COVİD-19 xəstəsi, Gürcüstan, arxiv foto

Son aylar bütün Azərbaycanda olduğu kimi cənub rayonlarında da koronavirusa yoluxmada artım olduğu deyilir. Belə ailələrdən bəziləri ilə telefonla əlaqə saxlayırıq:

“Ailəmizin bütün üzvləri koronavirusa tutulmuşdu. Gözləniləmədən oldu. Heç bilmədik, yoluxma necə baş verdi. Xəstəlik həyat yoldaşımı kəskin tutdu. Müraciət etdik, təcili yardıma. Xahiş etdik ki, onu xəstəxanada yerləşdirsinlər.”

“Amma onu qurtara bilmədilər”

Qadın həmsöbətim telefonda ağır nəfəs alır. Hıcqırıq onu tutur. Bir qədər fasilə verir. Sonra sözünə davam edir:

“Yoldaşımı Masallı xəstəxanasına yerləşdirdilər, 14 gün orada yatdı. Süni nəfəs aparatına qoşdular. Amma onu qurtara bilmədilər. Hələ inana bilmirəm. Elə bir ciddi xəstəliyi də yox idi. İndi digər ailə üzviləri nisbətən yaxşıdırlar. Amma qorxuruq.”

Bu ailə koronavirusa tutulmuş yeganə ailə deyildir. Hər gün Astara rayonunda koronavirusdan ölənlər barəsində məlumatlar yayılır. Sentiyabrın 1-də təkcə Astara şəhərində 2 nəfər orta yaşlı qadın koronavirusdan vəfat edib. Rayonun kəndlərində də virus yayılmaqdadır.

Yeni qapanma gözlənirmi? 'İşimizi itirməməliyik'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00


Astara rayonun Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğluunun deməsinə görə ictimai yerlərdə virusa yoluxmuş adamları sağlam adamlardan ayırmaq olmur:

“Bilmək olmur kim xəstədir, kim sağlam”

“Eşitdiyimə görə, qəsəbəmizdə 24 ailədə virus tapılıb. Təhlükəli vəziyyət yaranıb. Bilmək olmur kim xəstədir, kim sağlam. Belə vəziyyətdə toylar var, içtimai nəqliyyat işləyir. Pensiya verəndə bankomatların qarşısında qələbəlik olur. Bir tədbir görülməlidir. Düzdür, marketlərin, iri ticarət mərkəzlərinin qarşısında polislər durur. Onlar vətəndaşlardan maska taxmağı və COVİD pasprotu tələb edirlər...”

“Yoluxmanın şidətli vaxtıdır”

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayev-in sözlərinə görə, yoluxma halları artsa da vəziyyət nəzarət altındadır:

“Yoluxmanın şidətli vaxtıdır. Əsas peyvəndir. Peyvənd olunsalar kütləvi yoluxma da olmazdı.”

Onun fikrincə, yoluxmanın artmasının səbəbi əhalinin tələb edilən qaydalara əməl etməməsidir :

“Məsafə gözləyirdilər, maska taxırdılar yoluxma da azalmışdı.İndi xəstələr evlərində gizlənirlər, yaxma vermirlər. Vəziyyəti ağırlaşanda artıq gec olur. Xəstələri Masallıya, Cəlilabada, Sabirabada, hətta Qobustana da göndəririk. Əsasən Masallı xəstəxanasına yollayırıq. Hazırda Cəlilabad xəstəxansında yer var. Problem yoxdur. Aildə yoluxma halını müəyyənləşdirəndən sonra dərmanla təmin edirik.”

Baş həkim vurğulayər ki, prosesə nəzarət edilir:

“Toyda içki içirlər, öpüşürlər”

“Müalicə paketi var.Dağ kəndlərində də yoluxanlar var. Toyda içki içirlər, öpüşürlər. Əhalinin 70 faizini peyvənd eləmişik. Yoluxma 10-15 gündən sonra geri çəkiləcək.”


Jurnalist Zahir Əmənov isə deyir ki, Masallı rayonunda da yoluxma yüksəkdir:

“Masallı xəstəxanası xəstə qəbul etmir.Ancaq koronavirusa tutulmuş adamlar orada yerləşdirlir.”

Masallı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəşir Bəşirli-nin sözlərinə görə, də Masallı, Cəlilabad, Biləsuvar rayonlarında kütləvi yoluxma var:

“Vaksin olunanlar xəstəliyi çox rahatlıqla keçirdirlər”

“Masallı xəstəxanasında xəstələrin yerləşdirilməsi problemi var idi. Cəlilabad rayonunda xəstəxananı açdılar. İndi xəstələrin yerləşdirilməsi problemi yoxdur.”

O qeyd edir ki, virusu idarə etmək olmur:

“Masallı xəstəxanası yoluxanlar üçün mərkəz hesab olunur. Buraya ən çox virusa tutulmuş böyrək çatışmalığı olan xəstələr yerləşdirilir. Ən çox onların arasında ölüm baş verir. Reanimasiyada ağır xəstələr çoxdur. Hər gün adam ölür. Elə gün olur 5 nəfər, elə gün də olur ki,8-10 nəfər rəhmətə gedir. Əhali maska taxmaldır, peyvənd edilməlidir. Vaksin olunanlar xəstəliyi çox rahatlıqla keçirdirlər.”

Korona həkimləri dövlətə:"Pulumuzu verin, qanpulumuzdur"
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 4-nə kimi ümumilikdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 5760-nın vəfat etdiyi bildirilib.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən isdtifadə edildiyi açıqlanıb. Habelə Sputnik V (Rusiya), AstraZeneca ( Biritaniya, İsveçrə) VƏ Pfizer (ABŞ vəAlmaniya) vaksinlərindən də müəyyən kəsim insanlar yararlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 4,2 milyon, ikinci mərhələdə isə 2,8 milyondan çox şəxsin peyvənd edildiyi açıqlanıb.

XS
SM
MD
LG