Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:33

Məhkəmə Kocharyanı azadlığa buraxdı


Robert Kocharian məhkəmədə,16 may, 2019, Yerevan
Robert Kocharian məhkəmədə,16 may, 2019, Yerevan

Ermənistanın keçmiş prezidenti Robert Kocharyan girov və zaminlik müqabilində azadlığa buraxıb.

Bu barədə mayın 18-də AzadlıqRadiosunun erməni xidməti məlumat yayır.

Koçaryan “2008-ci ildə ökədəki konstitusyon quruluşu devirməkdə və korrupsiyada ittiham olunur.

Onu , Azərbaycanın separatçı bölgəsi-qondarma Dağlıq Qarabağ rejiminin indiki və keçmiş rəhbərləri Bakı Saakyanla Arkadi Gukasyan saminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Kocharyanın tərəfdarları ilə əlehdarları həmin vaxt məhkəmə binasının qarşısında aksiya keçirirmişlər.

Tərəfdarları qərarı qlqışlarla qarşılayıblar. Əlehdarları isə məhkəmə binasına soxulmağa cəhd ediblər, amma polis buna imkan verməyib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti 2008-ci il martın 1-də şəhərin Azadlıq meydanında aksiyaçıların üzərinə polis qüvvələri yeridərək kütləvi etirazları amansızcasına boğdu.Nəticədə azı 10 nəfər öldü.

Aksiyaçılar həmin vaxt keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin seçkidə Kocharyandan sonra hakimiyyətə , ötən il kütləvi etirazlarla hakimiyyətdən uzaqlaşdırılan Sezh Sargsyan gəlmişdi.

İndi yeni Ermənistan rəhbərliyi Kocharyanı cinayət məsuliyyətinə cəlb edib.

Kocharyanla Sarkisyan Dağlıq Qarabağda doğulublar, siyasi karyeraları isə Azərbaycanın bu separatçı bölgəsinin Erməni qüvvələri tərəfinbdən işğalından sonra başlayıb.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub.

Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG