Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Rus Pravoslav Kilsəsində Ukraynaya görə ixtilaf var


Rus Pravoslav Kilsəsi
Rus Pravoslav Kilsəsi

Rus Pravoslav Kilsəsi rəhbərliyinin nümayəndələri Ukraynadakı müharibənin dərhal dayandırılmasına çağırıblar

Rus Pravoslav Kilsəsi rəhbərliyinin nümayəndələri Ukraynadakı müharibənin dərhal dayandırılmasına çağırıblar.

Onlar bildiriblər ki, bu müraciət müharibənin dayandırılmasının asılı olduğu bütün şəxslərə ünvanlanıb.

Keşişlər və dyakonların yazdığı açıq məktubda deyilir ki, “qardaş müharibəsi” ruslar və ukraynalılar arasında münasibətləri “uçuruma” sürükləyir.

Məktubda bu da qeyd olunur ki, “Ukraynadakı qardaş və baclılarımız layiq olmadıqları iztiraba düçar ediliblər”.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, bu müraciət martın 1-dən bəri internetdə yayılır.

Müraciəti indiyədək 83 ruhani imzalayıb.

Məktubda xüsusilə vurğulanır ki, ruhanilər onu “Kilsəsinin adından yox, öz adlarından” imzalayıblar. Pravoslav Kilsəsinin qanunlarına görə onun adından müraciəti yalnız şəxsən patriarx edə bilər.

Müraciətdə belə bir ümid ifadə olunur ki, həm rusiyalı, həm də ukraynalı əsgərlər evlərinə qayıdacaqlar:

“Biz insana Allah tərəfindən verilmiş azadlığa hörmət edir və hesab edirik ki, Ukrayna öz seçimini avtomat lülələrinin altında və ya Qərbdən və Şərqdən təzyiq olmadan, özü etməlidir”.

Xarkov vuruldu, ölənlər var
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

İbadətdə Kirillin adından imtina olunub

Xəbər verilir ki, patriarx Kirill son günlər Ukraynadakı müharibə ilə bağlı dəqiq mövqe bildirmədiyinə görə kilsə daxilində getdikcə artan tənqidlərlə üzləşir.

İndiyədək Rus Pravoslav Kilsəsinin rəsmi saytında müharibə ilə bağlı bircə cümlə də yazılmayıb.

Tarixən Rusiya Pravoslav Kilsəsinin ərazisi sayılan Ukraynadakı Sumı yeparxiyasında ruhanilər bildiriblər ki, ibadət zamanı patriarx Kirilin adının yad edilməsini dayandırırlar.

Kilsə dilində bu o deməkdir ki, ruhanilər artıq onu kilsənin bir hissəsi hesab etmirlər:

“Biz xüsusilə dərin kədərlə etiraf etməliyik ki, bu dəhəşətli günlərdə Moskva və bütün Rusiyanın patriarxı Kiril Rusiya hökumətinin təcavüzünü pisləməyib”.

Ruhanilər qeyd edirlər ki, onlar özlərini Ukrayna Pravoslav kiləsinin müdavimləri hesab edirlər və onun başçısı mitropolit Onufrini dəstəkləyirlər.

XS
SM
MD
LG