Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

MTN-in qadın və kişi generalları özünü təqsirli bilmir


MTN-in xanım generalı Natəvan Mürvətova. İllüstrasiya.
MTN-in xanım generalı Natəvan Mürvətova. İllüstrasiya.

MTN generalları – nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov və Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovanın işi üzrə ittihamnamənin həcmi o qədər böyükdür ki, bu sənədin elanına üç məhkəmə iclası lazım gəlib.

Generalların, eləcə də onların tabeliyində işləmiş daha yeddi nəfərin - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Proses Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

MTN-in başqa bir generalı Akif Çovdarov və işçilərinin məhkəməsində olduğu kimi, bu məhkəməyə də jurnalistlər buraxılmadığından, AzadlıqRadiosu məlumatı prosesi birbaşa izləyənlərdən alıb diqqətinizə yetirir.

General Sübahir Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə bildirib ki, martın 9-da prokuror ittiham aktının təqsirləndirilən şəxslərdən Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov, Fərhad Atayev və Natəvan Mürvətovaya aid hissəsini oxuyub. Beləcə, ittihamnamənin açıqlanması başa çatıb.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov təqsirləndirilən şəxslərdən elan olunmuş ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Xanım general Natəvan Mürvətova sualı belə cavablayıb: “Mən özümü qətiyyən təqsirli bilmirəm”. Hakim önünə çıxarılan digər şəxslər də özünü təqsirli bilmədiyini söyləyiblər.

Buna da bax:​ MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

Növbəti məhkəmə iclasından başlayaraq, ittiham aktındakı hər bir epizod üzrə sıra ilə araşdırmalar aparılacaq. Məhkəmə martın 14-nə təyin olunub.

Xatırlatma

Hakim önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradaraq, 2004-2015-ci illərdə, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanırlar.

Buna da bax:​ 'MTN işi'ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, ...

«MTN işi» üzrə bütövlükdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

Cinayət məsuliyyətinə cəlb olunan keçmiş MTN-çilərin 21 milyon manatlıq daşınmaz əmlak, avtomobil və qızıl-zinət əşyalarının üzərinə həbs qoyulub.

XS
SM
MD
LG