Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:41

'Rabitəçilər işi': Həbsdəki məmura iki gün vaxt verildi


Vidadi Zeynalov
Vidadi Zeynalov

153 milyonluq mənimsəmədə suçlanan məmura iki gün vaxt verildi.

Rabitə və Yüksək Texnologiyalar nazirliyi Aparatının rəhbəri olmuş Vidadi Zeynalov və nazirliyin müxtəlif strukturlarında çalışmış daha 10 nəfərin məhkəməsinə şahidlər gəlmir. Bakı Ağır Cinayətlər Məhkəməsindən şahidlərə çağırış vərəqəsi göndərilsə də, müxtəlif səbəblər göstərib, gəlməkdən imtina edirlər. Bu da V. Zeynalov da daxil olmaqla, həm məhkəmə önünə çıxarılan rabitəçilərin, həm də onların vəkillərinin etirazına səbəb olub.

Buna da bax:​ Vidadi Zeynalov Samir Şərifovun adamlarını tələb edir

"Mən deyəndə ki, ifadə verməyəcəm, bildirirsiniz ki, istintaqa ifadəmi əsas götürüb, onu qəbul edəcəksiniz. Bəs bu adamlar niyə gəlib ifadə vermirlər?", – keçmiş Aparat rəhbəri etirazını bildirib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev cavabında deyib ki, əgər şahidin məhkəməyə gəlmək imkanı yoxdursa, yaxud təqsirləndirilən şəxs məhkəmədə ifadə vermirsə, onun istintaqdakı ifadəsi elan olunur və məhkəmə də onu qəbul edir.

Ardınca hakim bir daha Vidadi Zeynalova ifadə verməyi təklif edib.

Buna da bax:​ Rabitəçilər işi: 'Bu adam mənə böhtan atır, protokola yazılsın'

“Ekspertiza keçirilməlidir”

Zeynalov isə növbəti dəfə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə çağrılıb dindirilməsini tələb edib: "Əgər onlar gəlməsə, mən ifadə verməyəcəm. İttihamdakı şişirdilmiş qiymətləri Maliyyə Nazirliyinin əməkdaşları yazıblar. Onlar gəlib suallara cavab verməlidilər, yazdıqlarını əsaslandırmalıdırlar. Bu qədər insanın taleyinə necə biganə yanaşmaq olar? Mənim Maliyyə Nazirliyinin işçilərinə suallarım var. Xərclərlə bağlı yenidən ekspertiza keçirilməlidi. İttihamda yazılan rəqəmləri kimlərin necə şişirtdiyi aydınlaşdırılmalıdır".

Hakim Vidadi Zeynalova düşünüb, bir qərara gəlmək üçün vaxt verib. Nəzərinə çatdırıb ki, əgər növbəti məhkəmədə də ifadə verməsə, bu, imtina kimi qəbul ediləcək və istintaqa ifadəsi elan edilərək, əsas götürüləcək.

Buna da bax:​ MTN generalları 'Rabitəçilər işi'nə gətirildi

Vəkillər məhkəmənin uzadılmasına etiraz ediblər. Bildiriblər ki, bir həftə ərzində məhkəmədə cəmi bir şahid dindirilib.

"Bu qədər insan yığılır bura, 11 təqsirləndirilən şəxsi istintaq təcridxanasından gətirib-aparırlar. Amma cəmi bir şahid gətirilib. Bu da məhkəmənin mənasız yerə uzadılmasıdır", - vəkillər etirazlarını bildiriblər.

Amma vəkillərin etirazı qəbul olunmayıb. Növbəti məhkəmə iclası fevralın 17-nə təyin olunub.

Buna da bax: '2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?' [yenilənib]

Xatırlatma

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

XS
SM
MD
LG