Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

'Taliban': Qadınlar işləyə və təhsil ala biləcəklər


Əfqanıstan-Zabihullah Mujahid Talibanın sözçüsü, 17 avqust , 2021
Əfqanıstan-Zabihullah Mujahid Talibanın sözçüsü, 17 avqust , 2021

"Taliban"ın sözçüsü Zabihullah Mücahid bildirib ki, müstəqil kütləvi informasiya vasitələri (KİV) azad şəkildə ölkədə fəaliyyət göstərə bilərlər və hərəkat öz mədəniyyəti çərçivədində KİV vasitələri ilə işləməyə hazırdır

Taliban avqustun 17-də Kabildə ilk mətbuat konfransını keçirib.

Reütersin məlumatına görə, hərəkat digər ölkələrlə sülh münasibətləri qurmaq və islam qanunları cərçivəsində qadın hüquqlarına hörmətlə yanaşmaq fikrində olduğunu bəyan edib.

"Biz nə daxili, nə də xarici düşmən istəmirik", deyə hərəkatın sözçüsü Zabihullah Mücahid bildirib.

O, qeyd edib ki, qadınların işləməsi və təhsil almalarına izn veriləcək və onlar İslam çərçivəsində cəmiyyətdə çox aktiv şəkildə iştirak edəcəklər.

Sözçü həmçinin bildirib ki, Taliban keçmiş əsgərlər və Qərbin dəstəklədiyi hökumət üzvlərindən qisas almaq fikrində deyillər.

O həmçinin qeyd edib ki, Talibana qarşı mübarizə aparmış şəxslərə, o cümlədən beynəlxalq qüvvələrlə işləmiş təcüməçilərə amnistiya veriləcək, həmçinin dövlət qulluqçuları rahatca öz işlərinə dönə bilərlər.

Hazırda qərb ölkələri Kabildəki diplomatik missiyalarının əməkdaşları və digər vətəndaşlarını evakuasiya edirlər.

Talibanla əldə edilmiş razılaşmaya əsasən onlar bu müddət ərzində Kabil hava limanına hücum etməyəcəklər.

Qeyd edək ki, Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib, Taliban isə paytaxt Kabili tutub. Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

XS
SM
MD
LG