Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Qəzzaya humanitar yardım daxil olmağa başladı


Bugün, oktyabrın 21-də Misirlə Qəzza arasındakı Rəfah sərhəd keçidinin açıldığı bildirilir.

"The Guardian" məcmuası yazır ki, BMT, Misir, İsrail və ABŞ arasında aparılan danışıqların ardından açılan keçid məntəqəsindən tibbi vəsaitlər daşıyan 20 yük maşını Qəzzaya daxil olub.

Razılaşmaya əsasən sadəcə Misir Qırmızı Xaç Komitəsinə məxsus 20 yük maşını Fələstin Qırmızı Xaç Komitəsinə çatdırılacaq.

BMT rəsmisinin açıqlamasına görə, bazar ertəsinə qədər başqa humanitar yardımın göndərilməsinə icazə verilməyəcəyi gözlənilir.

İsrail höküməti növbəti yardımların göndərilməsi üçün humanitar ehtiyacların HƏMAS-ın əlinə keçmədiyinə dair sübutların ortaya qoyulmasını tələb edir.

Qəzzada ölənlərin sayı artır

Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən etibarən Qəzza bölgəsində 4385 nəfərin öldüyünü, 13651 nəfərin isə yaralandığını açıqlayıb.

Qurumun məlumatına görə, ölənlər arasında 1756 uşaq, 976 qadın var.

Blinken iki amerikalının HƏMAS girovluğundan qurtulmasını alqışladı

Birləşmiş Ştatlar HƏMAS tərəfindən girov götürülmüş iki ABŞ vətəndaşının sərbəst buraxılmasını alqışlayır, deyə Dövlət Katibi Antoni Blinken cümə günü keçirilən brifinqdə azad olunanların ailə üzvlərinin və dostlarının keçirdiyi sevinc hisslərini bölüşdüyünü bildirib.

“Lakin bu münaqişədə əlavə 10 amerikalı var ki, onların taleyi məlum deyil,” Blinken söyləyib.

Onun sözlərinə görə, bu adamlar HƏMAS tərəfindən girov götürülmüş və hazırda Qəzza zolağında saxlanıldıqları güman edilən 200 adam sırasındadır.

“Onlardan hər biri azad edilməlidir!” Blinken deyib.

ABŞ baş diplomatı qeyd edib ki, hər bir amerikalının, və bütün digər girovların azadlığı üçün səylər davam etdirilir.

XS
SM
MD
LG