Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Bəhruz Hacıyevin atası: "Necə yəni işgəncə izləri yoxdur"


Bəhruz Hacıyev
Bəhruz Hacıyev

►“Hər həftə Bakıya gəlirəm, müstəntiqlə görüşürəm. Ancaq işdə heç bir yenilik yoxdur. Müstəntiq deyir ki, hər şey ekspertizanın nəticələrindən asılı olacaq”.

Avqustun 20-də Mingəçevir polis bölməsində ölmüş Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev deyir ki, oğlunun ölümündən sonra yollardadır.

Oğlunun qanının batmaması üçün nə bacarır, onu eləyir. Ancaq hər şey gedib çıxır ekspertizanın rəyinə:

“Qalmışam belə. Mənə əsas ekspertin cavabı lazımdır ki, bilim nə var, nə yox. Dedilər, ola bilər 3 günə hazır olsun, ola bilər 5 günə”.

Bəhruz Hacıyevin valideynləri oğlanlarının işgəncə ilə öldürüldüyünü iddia edir. İstintaq davam etsə də, həm yerli polis rəisi, həm də Daxili İşlər Nazirliyi Bəhruz Hacıyevin özünü pəncərədən atdığını bildirib.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da Bəhruz Hacıyevin şöbədə döyülüb öldürülməsinə inanmadığını deyib. Ancaq onu da əlavə edib ki, mərhumun dalağındakı beş nöqtədən şübhələnir, onun də nəyə görə yaranmasının cavabını ekspertiza verməlidir.

Buna da bax: İraqda, Suriyada vuruşan azərbaycanlılar

“Mənim oğluma işgəncə verilib”

Dilsuz Hacıyev
Dilsuz Hacıyev

Hadisənin üstündən bir ay keçir. Ata əvvəlki fikrinin üstündə daha möhkəm dayanır. İlk gündə olduğu kimi oğlunun işgəncə ilə öldürüldüyünü deyir:

“Mənim oğluma işgəncə verilib. Bunların danılması mümkün deyil. Heç kim dana bilməz. Elçin Behbudov Mingəçevirə də gəlmişdi. Mən ona oğlumun morqdakı şəkillərini də verdim. Hansı ki, işgəncə izləri görünürdü. Sonra durub necə demək olar ki, işgəncə izləri yoxdur? Bəli, mənim oğlumu öldürüb pəncərədən atıblar. O, heç vaxt özünü atmazdı”...

Avqustun 22-də Bəhruz Hacıyevin dəfnindən sonra Mingəçevirdə gəncin ölümünə etiraz olaraq mitinq keçirilmişdi. Həmin mitinqdə iştiraka görə 22 nəfər saxlanmışdı. Onlardan 16-ı 10-12 sutkalıq həbs cəzası almışdı.

Sabir Həsənli: “Şeyxlə mənim aramda heç nə yoxdur”

Necə desinlər ki, onlar da döyülüb?”

Həmin şəxslərdən bir neçəsi ilə əlaqə saxlasaq da, saxlanmaları barədə danışmaq istəmirlər. Sutkalıq həbsdə yatmış həmin adamlardan birinin adını çəkmək istəməyən qohumu isə deyir ki, göz gördüyündən qorxar:

“Elə onların da özünü şöbədə döyüblər. Sonra da bu haqda heç kimə danışmamaq haqqında xəbərdarlıq edib buraxıblar. Qorxurlar. Elə mən də qohumuma təzədən nəsə olar deyə, adımı çəkmirəm. Görün, biz yazıq camaatı nə günə salıblar, söz danışmağa da qorxuruq. Mənim sutkalıq cəza almış qohumumun ayaqları bilirsiniz nə gündəydi? Sutkalıqdan çıxandan sonra yazıq düz 10 gün müalicə olundu”.

Mingəçevir polis şöbəsindən isə mitinqdə tutulanların döyülməsi haqqında deyilənləri yalan adlandırdılar.

Elçin Behbudov
Elçin Behbudov

Cinayət işinə gəldikdə, işi aparan müstəntiq Bəhruz Hacıyevin atasına deyib ki, hələ istintaq gedir, yenilik olan kimi xəbər veriləcək.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da söyləyir ki, işi aparan müstəntiqlə sonuncu dəfə əlaqə saxlayanda o, ekspertizanın rəyinin hələ hazır olmadığını deyibmiş:

“Məni ilk növbədə Bəhruz Hacıyevin dalağındakı nöqtələr maraqlandırır. Ekspertizanın rəyinə görə, bu nöqtələrin nədən yaranması məlum olacaq”.

Hüquq müdafiəçisi işlə bağlı sentyabrın 23-də müstəntiqlə əlaqə saxlayacağını bildirdi.

XS
SM
MD
LG