Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:39

İran zənginləşdirilmiş uran istehsalını sürətləndirir


Arxiv fotosu
Arxiv fotosu

90 dərəcə silah hazırlamaq üçün yetərli sayılır, amma nüvə bombasının hazır olmasından ötrü digər texniki addımlar da atılmalıdır

İran uranı silah hazırlamaq dərəcəsində zənginləşdirməyi sürətləndirib. Məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yayıb.

Qurum avqustun 17-də üzv ölkələrə hesabatında qeyd edir ki, İran Natanz nüvə obyektində uranı 60 faiz dərəcəsində zənginləşdirir və bunun üçün ikinci sentrifuq kaskadından istifadəyə başlayıb. BAEA mayda deyirdi ki, İran yalnız bir kaskad vasitəsilə uranı 60 faizədək zənginləşdirir.

90 dərəcə silah hazırlamaq üçün yetərli sayılır, amma nüvə bombasının hazır olmasından ötrü digər texniki addımlar da atılmalıdır.

İran apreldə elan elədi ki, uranı 20 dərəcədən 60 dərəcəyədək zənginləşdirməyi planlaşdırır. Bu açıqlama Natanz nüvə zavoduna hücumdan sonra verilib. Tehran hücumda İsraili ittiham edib.

3.67 faizlik zəginləşdirmə

Bu addım 2015-ci il nüvə sazişinin ən ciddi pozuntularından biri idi. Keçmiş prezident Donald Tramp 2018-ci ildə Birləşmiş Ştatları sazişdən çıxararaq Tehrana sanksiyalar tətbiq elədi. İran da bundan sonra öhdəliklərinin icrasını tədricən məhdudlaşdırmağa başladı.

Nüvə sazişində Tehrana uranı 3.67 faizlik zənginləşdirməyə icazə verilir.

BAEA avqustun 16-da bildirib ki, İran 20 faizədək zənginləşdirilmiş 200 qram uran metalı istehsal edib. Uran metalından nüvə bombasının hazırlanmasında istifadə oluna bilər.

Tehran nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dövlət mediasına deyib ki, “digər tərəflər nüvə sazişi öhdəliklərini bərpa edərsə, Vaşinqton birtərəfli və qanunsuz sanksiyaları qaldırarsa… İranın bütün əks-addımları geri çevrilə bilər”.

Prezident Co Bayden sazişə qayıtmaq istədiyini bildirib. Vyanada avropalıların vasitəçiliyi ilə keçirilən danışıqlarda isə fasilə yaranıb.

XS
SM
MD
LG