Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:40

İran Krımın və Ukraynanın dörd vilayətinin ilhaqını tanımır


Ukrayna prezidenti Volodimir Zelenski vurulub salınmış İran dronunun yanında (Arxiv fotosu)
Ukrayna prezidenti Volodimir Zelenski vurulub salınmış İran dronunun yanında (Arxiv fotosu)

İran Krımın və Ukraynanın daha dörd vilayətinin Rusiya tərəfindən ilhaqını tanımır.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin TRT World dövlət telekanalına müsahibəsində deyib:

"Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Buna görə də Tehran və Moskva arasında gözəl münasibətlərin mövcudluğuna baxmayaraq, biz Krımın, Luhansk və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını tanımamışıq”.

Nazir əlavə edib ki, İran hakimiyyəti özünün ardıcıl xarici siyasətində israrlıdır:

"Biz deyəndə ki, Ukraynadakı münaqişə həll yolu deyildir, deməli özümüzün fundamental siyasi prinsipimizə inanırıq”.

İranın Rusiyaya hərbi dəstəyi

Bundan əvvəl media İranın Rusiyaya döyüş dronları verməsindən dəfələrlə yazıb.

Kiyev bildirir ki, Rusiya İranın intiharçı dronları ilə Ukraynanın mülki obyektlərinə və enerji infrastrukturuna zərbələr endirir.

İran və Rusiya arasında hərbi əməkdaşlıq xüsusilə də Ukraynada müharibə başlanandan sonra fəallaşıb.

Ukrayna və Qərb kəşfiyyatları bildirirlər ki, Tehran Rusiyanı intiharçı dronlarla təchiz edir. Rusiya bu dronlardan Ukraynaya zərbələr endirilməsində istifadə edir.

Məlumata görə, İran istehsalı olan dronlarla Ukraynaya hücumlar 2022-ci ilin payızında başlayıb.

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edib.

Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

Su-35 qırıcıları

Bu arada xəbər verilir ki, İran bu ilin martında Rusiyadan Su-35 qırıcıları almağa ümid edir.

Bunu İran Milli Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Şəhriyar Heydəri deyib.

Təsnim xəbər agentliyi habelə Heydəriyə istinadla bildirir ki, Tehran Rusiyadan hava hücumundan müdafiə (HHM) sistemləri, raketlər və helikopterlər almağa hazırlaşır.

Bu da qeyd olunur ki, sözü gedən hərbi texnika və silahların İrana ən yaxın vaxtlarda gətiriləcəyi gözlənilir.

Xəbər verilir ki, qırıcıların bir hissəsi İsfahandakı taktiki aviasiya bazasında yerləşdiriləcək.

ABŞ, Avropa İttifaqı və Britaniya İranın dron istehsalı və təchizatı ilə bağlı şirkət və fərdlərə sanksiyalar qoyub.

XS
SM
MD
LG