Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

İran etirazlarında polislə toqquşmalar, atəş səsləri


Buşehrdə fəhlələr etirazçılara qoşulur
Buşehrdə fəhlələr etirazçılara qoşulur

Tehranda və digər şəhərlərdə etirazlar davam edir

İranda gənc qadının polisdə ölməsindən sonra başlanmış etiraz aksiyalarının dördüncü həftəsində Britaniya İranın təhlükəsizlik rəsmilərinə, o cümlədən əxlaq polisinə sanksiyalar elan edib.

Məhsa Əmininin ölümünə istər İranda, istərsə də ölkə xaricində etirazlar davam edir.

Bir çox etirazçılar ali rəhbər ayətüllah Əli Xameneyinin devrilməsinə çağırırlar.

Hakimiyyətin interneti məhdudlaşdırmasına baxmayaraq Tehran və başqa şəhərlərdən etirazları və toqquşmaları əks etdirən videolar yayılır.

Oktyabrın 10-da sosial mediada yayılmış videolarda İranın Sənəndaj şəhərində kütləvi etirazların keçirildiyi görünür.

Videolarda habelə atəş səsləri eşidilir.

Müstəqil olaraq dəqiqləşdirilməmiş videolardan birində bir neçə zabitin etiraçını döydükləri görünür. Başqa bir videoda isə polisin hamilə qadına hücum etdiyi, Sənəndaj şəhərində isə sürücünün güllələndiyi görünür.

Bu sürücü aksiyaçılara dəstək olaraq siqnal verirdi.

Hakimiyyət etirazçıları hədələyir

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı indiyədək aksiyalarda 19 uşaq da daxil 185 etirazçının öldürüldüyünü xəbər verir.

İran təhlükəsizlik qüvvələrinin etirazçılara hücumlarına cavab olaraq Britaniya Xarici İşlər Nazirliyi əxlaq polisinin bütün rəhbərliyinə, o cümlədən təşkilatın rəhbəri Məhəmməd Rüstəmi Çeşme Qadji və Bəsicin Tehran bölümünün rəisi Hac Əhməd Mirzayiyə sanksiyalar elan edib.

Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib:

"Birləşmiş Krallıq hökumətdən hesabatlılıq tələb edən və öz təməl hüquqlarına hörmət edilməsini istəyən İran xalqının yanındadır. Bu sanksiyalar İran hakimiyətinə aydın mesaj göndərir: Biz sizin qadınlara və qızlara qarşı zorakılıqlarınıza və öz xalqınıza qarşı repressiyalara görə sizdən hesabat tələb edəcəyik”.

İran hakimiyyəti Sənəndaj şəhərində baş verənlərlə bağlı heç bir şərh verməyib.

Amma oktyabrın 9-da ordunun baş qərargah rəisi deyib ki, hərbçilər və polis etirazların yatırılması üçün birgə hərəkət edirlər.

O bildirib ki, etirazçılardan “haqq-hesab sorulacağı gün” yaxınlaşır.

İranda neftçilər etirazlara qoşulur

İranda Buşehr və Dəmavənd neft-kimya zavodlarının mindən çox fəhləsi ölkədəki etirazlara qoşulub.

Radio Fərda xəbər verir ki, oktyabrın 10-da neftçilər yolları bağlayaraq “Diktatora ölüm!” şüarı səsləndiriblər. Yaxınlıqda isə xeyli sayda təhlükəsizlik qüvvəsi toplaşıb.

Son günlər İranın bir sıra şəhərlərində fəhlələrin tətil etməsi xəbərləri yayılıb. Tətillər xüsusilə kürdlərin çoxluq təşkil etdiyi ərazilərdədir. Polis saxlayandan sonra vəfat etmiş Məhsa Əmini məhz Kürdüstan vilayətindən idi.

İran televiziyasındakı təsvirlər
İran televiziyasındakı təsvirlər

Xameneyi alov içində. Öldürülən etirazçıların fotoları İran televiziyasında

İranda fəallar dövlət televiziyasının canlı yayımını pozaraq ölkədə davam edən etirazları dəstəkləyən təsvirlər, mesajlar yayıblar.

“Bizə qoşulun, ayağa qalxın”

Oktyabrın 8-də dövlət televiziyasında Ali dini lider Ayətullah Əli Xameneyinin dövlət məmurları ilə görüşündən reportaj kəsilib, ekranda öldürülmüş etirazçıların, 22 yaşlı Məhsa Əmininin fotoları görünüb. Əmini ötən ay baş örtüyünü boş bağladığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və bundan sonra ölkəni hicaba, rejimə qarşı etirazlar bürüyüb.

Ekranda Xameneyini hədəfə alınmış, alov dilimləri ilə əhatələnmiş fotosu peyda olub. Bu görüntülərə görə Edalat-e Ali haker qrupu məsuliyyəti götürüb. Fotolardan sonra “bizə qoşulun, ayağa qalxın” sözləri görünüb.

Yarırəsmi Tasnim xəbər agentliyi də dövlət televiziyası yayımının “əksinqilab agentləri tərəfindən bir neçə anlıq haker hücumuna məruz qaldığını” təsdiqləyib.

İran Dövlət Radio və Televiziyasının sözçüsü Hasaneyn Haddad isə deyib ki, insident haker hücumu deyil, kanal daxilindən “vandalizm və filtrasiya” aktı olub.

Ermənistanda ehtiyatda olan hərbçiləri toplanışa çağırırlar
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Etirazlar davam edir

Əmininin sentyabrın 16-da vəfatından sonra baş qaldıran etirazlar elə həmin yayım gecəsi də Tehranda və digər şəhərlərdə davam edib.

Oktyabrın 8-fə əsasən kürdlərin yaşadığı vilayətlərdə, o cümlədən Sənəndəcdə əmək tətilləri baş verib, iki etirazçının güllələnərək öldürüldüyü bildirilir. Təhlükəsizlik qüvvələri Saqezdə də atəş açmaqda suçlanır.

Osloda yerləşən İran İnsan Hüquqları təşkilatının məlumatına görə, artıq dördüncü həftəyə keçmiş etirazlarda azı 185 etirazçı öldürülüb, onların azı 19-u uşaqdır. Yüzlərlə etirazçı yaralanıb, minlərlə saxlanan var.

İran siyasi liderləri isə oktyabrın 9-da ölkədəki vəziyyətin müzakirəsinə yığışıblar, prezident idarəsi bu haqda məlumat yayıb.

Görüşə Prezident İbrahim Rəisi, parlamentin spikeri, ədliyyənin başçısı qatılıb.

XS
SM
MD
LG