Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:37

İran şahmatçısı beynəlxalq yarışa hicabsız çıxıb


Sarasədat Xademəlşəriye
Sarasədat Xademəlşəriye

İranın əsas qadın qrossmeysteri Qazaxıstanda keçirilən beynəlxalq turnirdə hicabsız iştirak edib.

İranın xəbər agentlikləri bildirirlər ki, Sara Xadem FIDE-nin Almatı şəhərində keçirilən Dünya Sürətli və Blits Şahmaz Çempionatının matçlarında hicabsız olub.

Bir sıra şərhçilər qrossmeysterin bu hərəkətini İranda gənc qadın Məhsa Əmininin hicaba görə saxlanaraq polisdə vəfat etməsindən başlanmış etirazlara dəstək kimi qiymətləndiriblər.

İran pulu dollara nisbətdə rekord həddə ucuzlaşıb
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

İranda 1979-cu inqilabından bəri ən izdihamlı etiraz aksiyalarında on minlərlə qadın ölkədə icbari olan hicablarını açır, yandırır və saçlarını kəsirlər.

Beləliklə tam adı Sarasədat Xademəlşəriye olan qrossmeyster İran etirazçıları ilıə həmrəylik ifadəsi olaraq beynəlxalq yarışlara hicabsız çıxan daha bir idmançı qadın olub.

Səsini ucaldan idmançılar

İranın bir sıra ictimai fiqurları və Əli Dayi də daxil ulduz idmançıları antihökumət etirazlarına dəstək bildirdiklərinə görə polis tərəfindən saxlanıb və ya həbs ediliblər.

Onlardan bir çoxlarının pasportları əllərindən alınıb.

Ötən oktyabrda İranın dırmanma üzrə çempionu Elnaz Rekabi Seulda keçirilən Asiya Çempionatında hicabsız çıxış etməklə Tehran hakimiyyətini qəzəbləndirmişdi.

Hicaba görə beş il iş kəsilib

İranlı yazıçı və rəssam, 28 yaşlı Sepide Raşno ictimai nəqliyyatda hicab qaydasını pozduğuna görə beş il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə dekabın 28-də Raşnonu “ölkənin təhlükəsizliyinə hədə yaratdığına”, “hökumətə qarşı təbliğat apardığına”, “əxlaqsızlıq və fahişəlik yaydığına” və “ictimai yerdə hicabsız olduğuna” görə məhkum edib.

Bakıda İran azərbaycanlısı: 'İllərdir ki, pasport ala bilmirik'
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Raşno hələ iyunun 15-də onun əxlaq polisindən olan başqa bir qadınla avtobusda mübahisəsinin videosu internetdə yayıldıqdan sonra həbs olunmuşdu.

O əxlaq polisi nümayəndəsinin əmrlərini yerinə yetirməkdən imtina etmişdi.

Raşno yoxa çıxdıqdan bir neçə gün sonra, iyulun 30-da İran dövlət televiziyası əhvalı çox pis görünən Raşnonun “etirafını” efirə vermişdi.

Deyilənlərə görə bu etiraf xəstəxanada videoaya alınmışdı.

İran hökuməti misli görünməmiş miqyas alan etirazlara görə ölkənin “Qərb düşmənlərini” ittiham edir.

Hakimiyyətin etirazlara divan tutması nəticəsində indiyədək 500-dən çox insan öldürülüb.

İranın mühafizəkar millət vəkilləri ədliyyəni etirazlarda iştiraka görə həbs olunanlara ən ağır cəzaların verilməsinə çağırırlr.

Hazırda 100-dək iranlının bu ittihamla edam təhlükəsi ilə üz-üzə olduğu xəbər verilir.

İndiyədək iki etirazçı asılaraq edam edilib.

XS
SM
MD
LG