Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

İranda pensiyaçılar etiraz aksiyası keçiriblər


Etirazlar iyulun 19-da Kirmanşah, Yəzd, Şiraz, Həmədan, Ərdəbil, Kərəc, Qəzvin və Sənandaj şəhərlərindəki pensiya fondu binalarının qarşısında keçirilib
Etirazlar iyulun 19-da Kirmanşah, Yəzd, Şiraz, Həmədan, Ərdəbil, Kərəc, Qəzvin və Sənandaj şəhərlərindəki pensiya fondu binalarının qarşısında keçirilib

İranda pensiyaçılar bir neçə böyük şəhərdə yenidən etiraz aksiyalarına başlayıblar.

Onlar daha çox sosial və iqtisadi azadlıqlar, habelə pensiyalarına artan inflyasiya və yaşayış xərclərinə uyğun düzəlişlər tələb edirlər.

Sosial media şəbəkələrində yayılan xəbərlərdən məlum olur ki, etirazlar iyulun 19-da Kirmanşah, Yəzd, Şiraz, Həmədan, Ərdəbil, Kərəc, Qəzvin və Sənandaj şəhərlərindəki pensiya fondu binalarının qarşısında keçirilib.

Şəbəkələrdə yayılan video və fotolarda etirazçıların saxlanmış əməkçi fəalların və başqa siyasi məhbusların azad olunması tələb edən plakatlarları görünür.

Etiraz iştiraklçıları habelə ölkədə yaşayış şəraitini yaxşılaşdıra bilməyən hakimiyyəti pisləyən şüarlar səsləndirirlər.

Müflişləşən pensiya fondları

Bu etiraz aksiyalarından az əvvəl hökumət pensiyalarda 6 milyard dollarlıq kəsir borcunun aradan qaldırılması məqsədi ilə 18 müxtəlif pensiya fondunu bir qurunda birləşdirmək qərarını elan etmişdi.

On ildən artıq müddətdə hökumət pensiya fondundakı borcları aradan qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə edib. Pensiyaçılara səhmlər və hətta torpaq sahələri verilib.

Bütün bu tədbirlərə baxmayaraq xəbərlərə görə İrandakı 18 pensiya fondundan 17-si müflisləşib, ya da müflisləşmək həddindədir.

ABŞ sanksiyalarının ağır yükü altında inləyən İran iqtisadiyyatı ölkə əhalisinin ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən ölkənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir.

Əmək Nazirliyinin məlumatına görə İranda yoxsulluq 2021-ci ildə ondan əvvəlki illə müqayisədə 50 faiz artıb.

İyulun 19-da təkcə pensiyaçılar yox, həm də əlillər, müəllimlər və fəhlələr ayrı-ayrı şəhərlərdə nümayişə çıxıblar.

XS
SM
MD
LG