Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Artan kredit dərəcəsi ipoteka faizlərini necə dəyişəcək?


İpoteka
İpoteka

-

İqtisadiyyatı irəliləmiş ölkələrin milli valyutası da dayanıqlı olur, amma belə ölkələrdə də uçot dərəcəsinin artırılması daşınmaz əmlak bazarına təsirsiz ötüşmür. Yüksələn faiz dərəcəsi ipoteka kreditlərində də faizi artırır, daşınmaz əmlaka investisiya hədəfli kredit resurslarını bahalaşdırır.

«ADİ İPOTEKA FAİZLƏRİ UÇOT DƏRƏCƏSİNDƏN TƏSİRLƏNİR»

Bu baxımdan Mərkəzi Bankın (MB) uçot dərəcəsini 5 faizə qaldırması Azərbaycanda da, təbii ki, daşınmaz əmlak bazarına təsir göstərəcək.

Əmlak məsələləri eksperti Rəşad Əliyev uçot dərəcəsi artımının ipoteka kreditlərinə təsirinə ayrıca diqqət yetirməyi gərəkli sayır: «Güzəştli ipoteka kreditləri dövlət büdcəsindən maliyyələşdirildiyindən onların faizi uçot dərəcəsindən az asılı olurdu. Ancaq adi ipoteka faizləri (8%), dolayı da olsa, uçot dərəcəsindən təsirlənir. Çünki İpoteka Fondu bəlli dövrlərdə borc istiqrazlarından yararlanaraq bazardan, orta hesabla, 3 faizlə pul cəlb edə bilirdi».

«İPOTEKA FONDUNA UCUZ PUL VƏSAİTİ CƏLB ETMƏYƏ...»

Ekspertin fikrincə, artan uçot dərəcəsi indən beləİpoteka Fonduna ucuz pul vəsaiti cəlb etməyə əngəl törədəcək: «Bu isə adi ipoteka kreditləri üzrə faiz dərəcəsini 8 faizdən əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verməyəcək. Yəni hər halda artıq məlumdur ki, bu faizlər 5-6 faizdən aşağı düşməyəcək».

R.Əliyev faiz dərəcələri artımının daşınmaz əmlak bazarına mənfi təsirinə toxunaraq deyir: «Bu addım daşınmaz əmlak bazarında «köpüyü» azaldır. Faiz dərəcəsinin endirilməsi isə, əksinə, daşınmaz əmlak bazarını həmişə canlandırır. Bu yanaşma bütün normal inkişaf səviyyəsinə çatmış dayanıqlı iqtisadiyyatlara aiddir. Çünki həmin ölkələrdə iqtisadi artım və inflyasiya, bir qayda olaraq, eyni istiqamətdə addımlayır. Sözsüz, müəyyən dövrlərdə baş verən iqtisadi sarsıntıları çıxmaqla».

XS
SM
MD
LG