Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:31

Instagram şairi olmağı sınadı və...


"Profil şəklimə də bir qarğa yerləşdirib, özümdən sitat gətirib işə başladım"
"Profil şəklimə də bir qarğa yerləşdirib, özümdən sitat gətirib işə başladım"

Andrew Lloyd adlı müəllif Vice saytına məqaləsində maraqlı bir eksperimentini bölüşüb. Instagram şairi olmaq üçün həqiqətən də istedad tələb olunurmu? Lloyd bu suala cavab tapmağa çalışıb.

Tarixən poeziya çətin sənət növü sayılıb. Ancaq son illərdə sosial media vasitəsilə meynstrimə daxil olmuş yeni nəsil şairlər bu yanaşmanı dəyişdirməyə nail olublar. Hər şey Instagram-da dərc edilən və ildırım sürəti ilə layk yığan mətnlərdən başlayıb.

Rupi Kaur bu formatın ən üzdə olan təmsilçilərindəndir. Onun mətnləri, bir qayda olaraq, mənasız kiçik cızma-qara şəkillərlə müşayiət olunan qrammatik qaydalara tabe olmayan sətirlərdən ibarətdir. Onun Instagram-da 3.7 milyon izləyicisi var. «Süd və bal» (milk and honey) adlı şeirlər toplusu bestseller siyahısına düşüb, Şimali Amerikada geniş reklam olunub. Ötən ilin bu vaxtı bu kitabı gənclərin çox getdiyi geyim dükanlarından tutmuş, ictimai kitabxanaların şöbələrinə qədər hər yerdə görmək olardı. Ancaq heç də bütün oxucular Rupi Kaurun yaradıcılığından vəcdə gəlməyiblər.

Səs-küy?

Ötən il şair və tənqidçi Rebecca Watts «Tanınmış həvəskar kultu» (The Cult of the Noble Amateur) adlı polemikasında Kaur və digər insta-şairləri əsərlərini xarakterizə edən sənəti rədd etməkdə suçlayıb. Watts bu yeni insta-poeziyanı «mürəkkəblik, zərafət və natiqlik sənətinin tam inkarı» adlandırıb.

«Əslində nə baş verir? Kaur və digər Instagram şairləri çox kiçik, sadə və lakonik mətnlərdə mənanı çatdıra bilirlər, yoxsa bu asan mənimsənilən və asan satılan səs-küydən başqa bir şey deyil?», – deyə müəllif sual edir.

Müəllif bunu araşdırmaq üçün şeir adı ilə bərbad mətnlər yazaraq onları Instagram-da dərc edib. O, «görəsən, istedadsız kəmsavad olmağım dərhal bilinəcək, yoxsa yazdıqlarım növbəti bestseller olacaq və bununla da insta-poeziyada keyfiyyətin vacib olmadığı üzə çıxacaq» sualları ilə eksperimentə başlayıb.

İlk həftədə o, özünə ad seçib. Ad da elə olmalıdır ki, sən «həm güclü, həm də həssas, həm açıq, həm də qapalı, həm müdrik, həm də sadəlövh, həm ümidsiz, həm də ümidli» görünəsən. Uzun sözün qısası, ilk baxışdan qarışıq görünən, əslində isə heç bir mənası olmayan şeylər: «Pəncərədən baxıb gördüm ki, bir göyərçin ağacda oturub. …Beləliklə, özümə «Qarğa» adı qoydum. Təəssüf ki, bu adı artıq bir 40 adam götürmüşdü. Ona görə də adımı @RavenStaresPoetry (@QarğaMarıtlayırPoeziyası) qoydum. Profil şəklimə də bir qarğa yerləşdirib, özümdən sitat gətirib işə başladım. Şeir yazmaq gözlədiyimdən asan idi. Standartların yerli-dibli olmaması sərbəstlik hissi verir…».

Lloyd çap maşını tərzində yazmağa kömək edən pulsuz mobil əlavənin köməyi ilə bunları yazıb: «Bir siqaret parıltısı, havanı zəbt edirəm, bu nikotin dumanı səni yanıma çəkəcək, əzizim – Raven S».

Yanında da Rupi Kaur tərzində mənasız cızma-qara şəkillərdən çəkib. Bunu tezcə skrinşot edib, böyür-başını biçib və əsas feed-ə yerləşdirib. Yanına #PoemsPorn, #PoemsAboutLove, #Poet #Raven kimi bir neçə həştəq əlavə etməyi də unutmayıb.

Başqa bir şair də «heyrətamiz» deyib

Birinci həftənin sonunadək 40-a qədər belə mənasız şeir yazıb. Hər posta orta hesabla 50 layk gəlirmiş. Cəmi 7 gün açıq olan hesabın artıq 281 izləyicisi var idi.

Artıq müəllif özünə «görəsən, yaza biləcəyim ən bərbad şeir necə olardı» tipdə suallar verirmiş. İkinci həftənin sonunda izləyici sayı 350-yə çatıb.

Bir qız müəllifə yazaraq sevgilisi onu atandan sonra bütün gecəni onun şeirlərini oxumaqla keçirdiyini, bunun ona kömək etdiyini bildirib. Başqa bir oxucu yazdığı mesajda özü ilə müəllifin qəlblərinin bir-birinə bağlı olduğunu bəyan edib. Başqa biri onu şeirlərini çap etməyə həvəsləndirib. İnsanlar bu postları öz Instagram hekayətlərində paylaşmağa, müəllifə ürək emociləri göndərməyə başlayıblar.

«Mən son dərəcə çaşqın vəziyyətdə idim. Mən o şeirlərin mümkün qədər bərbad olması üçün əlimdən gələni etmişdim və onlar, doğrudan da, bərbad idi. Belə şeylər yazırdım: «Onlar tülkü kimi hiyləgər ola bilərlər, ancaq sən buna dözərsən – sən öküz kimi güclüsən – Raven S». Belə şeyə görə adamı beşinci sinifdən qovarlar… Bəs nə baş verirdi?», – o yazır.

O, 1.2 milyon izləyicisi olan @AtticusPoetry adlı Instagram şairinin bir postuna şərh yazaraq şeirləri haqda fikrini soruşub. O da «heyrətamiz» ifadəsini işlədib.

XS
SM
MD
LG