Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:22

Xüsusi missiya İlqar Məmmədovun işini müzakirə edir


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

Avropa Şurası hüquq departamenti katibliyinin direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktor Aleksandr Hesselin Azərbaycana gəldiyi bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, səfərdə məqsəd hökumətlə müzakirələr aparmaqdır.

Xəbərdə qeyd edilir ki, Avropa Şurasının Baş katibi T.Yanqland yanvarın 11-də Strasburqdakı çıxışında da Bakıya yola salınan missiya haqqında danışıb: «Missiya Bakıda İlqar Məmmədovun işi ilə bağlı qərarı və bununla bağlıməsələləri müzakirə edəcək».

Filip Buaya və Aleksandr Hesseli yanvarın 11-də baş prokurorun müavini Namiq Əsgərov qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Namiq Əsgərov görüşdə deyib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi prioritet vəzifələr sırasındadır.

Azərbaycan səfərindən məmnunluğunu ifadə edən Filip Buaya isə insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

XATIRLATMA

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

XS
SM
MD
LG