Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:36

MDB sammitində Əliyev və Pashinian mübahisə ediblər


Nikol Pashinian (solda) və İlham Əliyev MDB sammitində
Nikol Pashinian (solda) və İlham Əliyev MDB sammitində

Azərbaycan prezidenti İlham Əliyev bugün, oktyabrın 11-də MDB ölkələrinin Aşqabadda keçirilən sammitində “nasistlərlə əməkdaşlıqda ittiham olunan” Garegin Njdenin Ermənistanda “qəhrəmanlaşdırılmasını” tənqid edib.

Tarixin təftiş edilməsinin və nasizmin tərənnüm olunmasının yolverilməzliyini bəyan edən İlham Əliyev deyib ki, MDB liderləri faşistlərin qəhrəmanlaşdırılması cəhdlərini daim pisləyiblər:

"Çox təəssüf ki, belə bir hal MDB məkanında, Ermənistanın bundan əvvəlki hakimiyyətinin Yerevanın mərkəzində faşıst cəlladı və satqın olan, habelə alman faşistlərinə xidmət edən Garegin Ter-Arutyunyana heykəl qoyduğu Ermənistanda baş verir”.

Vesti Kafkaza saytının yazdığına görə İlham Əliyev daha sonra deyib:

"MDB-dən olan müharibə veteranlarının bir qrupu Ermənistanın keçmiş hakimiyyətinin bu həyasız addımına qətiyyətlə etiraz bildirib. 2019-cu ilin mayında Rusiyanın Xarici İşlər Nazirliyi “nasizmin tərənnüm edilməsi, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onunla bağlı olan dözümsüzlüyün vəziyyəti barərə” hesabat açıqlayıb. Bu hesabatda açıq şəkildə bildirilib: “Ermənistanın keçmiş hakim Respublikaçı Partiyası birmənalı siyasi xadim olmayan millətçi siyasətçini, Üçüncü Reyxlə əməkaşlıqda bulunmuş Garegin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

İlham Əliyev bir daha vurğulayıb ki, bu, Rusiya XİN-in mövqeyidir.

Azərbaycan prezidenti yada salıb ki, Njde sovet hökuməti tərəfindən həbs edilib və daha sonralar Vladimir həbsxanasında vəfat edib:

"Çox təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Düşünürəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

İlham Əliyevin ardınca çıxış edən Ermənistan baş naziri Nikol Pashinian Garegin Njdeni təmizə çıxarmağa çalışıb.

O İlham Əliyevin dediklərinin onun şəxsi mövqeyi olduğunu bildirib.

Bunun ardınca Pashinian deyib ki, Garegin Njdenin bu sayaq pislənməsi erməni xalqına hörməsizlikdir.

Nikol Pashinian daha sonra İlham Əliyevi özündən əvvəlki Azərbaycan rəhbərlərinin millətçi siyasətini davam etdirməkdə günahlandırıb.

Bu da xəbər verilir ki, Garegin Njde bu ilin may ayında Yerevanda keçirilən paradda Böyük Vətən Müharibəsinin qəhrəmanı kimi təqdim edilib.

XS
SM
MD
LG