Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Azərbaycanda istehsal olmasa, manatı saxlamaq mümkün olmayacaq


İlham Şaban
İlham Şaban

“2016-cı ildə də uçot dərəcələri artırılsa, bundan ən çox əziyyət çəkənlər xammal ölkələri, o cümlədən Azərbaycan olacaq”

Bunu iqtisadçı ekspert İlham Şaban “Yeni Müsavat”a açıqlamasında deyib.

Obildirib ki, dolların möhkəmlənməsinə səbəb olan əsas amil ABŞ iqtisadiyyatının görünməmiş sürətlə inkişaf etməsidir: “ABŞ iqtisadiyyatdı fantastik sürətlə inkişaf edir. 2015-ci ildə bir ayda Amerika iqtisadiyyatının 350-360 milyard dollarlıq ixrac potensialı var. Bu cür iqtisadiyyata malik ikinci bir ölkə varmı? Amerikanın təkcə elektronika məhsulları ixracı 28 milyard dollara bərabərdir. Belə bir ölkə yoxdur. Amerikanın həm neft ixracı artır. Bunun səbəbi isə odur ki, neftayırma sahəsində Amerikanın çox böyük potensialı var. Çünki, Amerikada şirkətlərinin xam neft istehalında yararlandığı dərinliyə heç bir ölkə nail ola bilməyib. Bunların əldə etdiyi texnoloji sıçrayışın alternativi yoxdur”.

Ekspert deyib ki, ötən il uçot dərəcələrinin artırılması ilə bağlı qərarın ardından dollar bahalaşdı və 2016-cı ildə də oxşar proseslər baş versə, bundan ən çox əziyyət çəkənlər xammal ölkələri olacaq: “Xammal ölkələri sırasında Azərbaycan da yer aldığı üçün Azərbaycanda sadə vətəndaşdan hökumətəcən hər kəs gözünü London birjasına diksə, o zaman vəziyyətimiz daha da pis olacaq. Azərbaycan nə 2014-cü ilin, nə də 2015-ci ilin yekunlarına görə idxalı azalda bilmədi. Əvvəlki illərlə müqayisədə idxal artdı. 2016-cı ildə ən əsas məsələ odur ki, biz real olaraq ölkəyə daxil olan idxalı azaldaq və istehsala başlayaq. Bu ölkədə istehsal olmasa, manatı saxlamaq mümkün olmayacaq. Nəticədə, valyuta ehtiyatlarımız daha sürətlə əriməyə başlayacaq. Biz 2014-cü ilin sentyabr ayından 2015-ci ilin dekabrına qədər 10,2 milyard dollar Mərkəzi Bankın valyuta ehtiyatlarını çox qısa bir zamanda əritdiksə, bundan sornakı mərhələdə Neft Fondunun valyuta ehtiyatlarına keçəcəyik. Bu isə həm ölkə iqtisadiyyatında, həm də manatın kursunda özünü büruzə verəcək”.

XS
SM
MD
LG