Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:41

Dövlət Agentliyi müddəti bitməkdə olan dərmanlar alıb


'Dərman mafiyasının başında kimlər durursa…'
Gözlə

No media source currently available

0:00 0:08:07 0:00

'Dərman mafiyasının başında kimlər durursa…'

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTS) apardığı auditin nəticələrini açıqlayıb. Audit 2022-ci il ərzində qurum tərəfindən 253 satınalma müqaviləsi üzrə gerçəkləşdirilən 398.3 milyon manatı əhatə edib. Audit üzə çıxarıb ki, agentlik hesabat ili üçün illik ilkin satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirsə də, həmin planın layihəsi təsdiqlənməyibmiş. Sonrakı dəyişikliklər də qeydiyyata alınmayıb və planlaşdırılan satınalmanın satınalma məqsədlərinə və ehtiyaca uyğunluğu müəyyənləşdirilməyib. Bütün bunlar bağlanmış müqavilələrin bəzi hallarda vaxtında icra edilməməsi ilə nəticələnib.

Hesablama Palatasının auditi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilən icarə haqlarının normadan çox olmasını da üzə çıxarıb. Bu, qurumun dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməməsindən qaynaqlanıb. Axı qanunverici baza bir mənbədən satınalma zamanı ehtimal olunan qiymətin hesablanmasını tələb edir. İTS belə hesablama aparmamaqla bazar qiymətlərindən daha çox icarə haqqı ödəyib. Palatanın açıqlamasında göstərilir ki, İTS bütün satınalmaları heç də rəqabətli ortamda aparmadığından bəzi hallarda eyni mənbədən satınalmalar hesabına alışlar olub. Bu da rəqabətli tenderlərlə müqayisədə qiymətlərin daha yüksək olmasına gətirib çıxarıb.

Normadan artıq icarə haqları Azərbaycanda korrupsiyanın ən geniş yayılmış formalarından biridir. Əksər hallarda dövlət qurumları həmin qurumların rəhbərlərinə və ya ona yaxın şəxslərə məxsus daşınmaz əmlakı normadan baha qiymətə icarəyə götürərək dövlət vəsaitlərinin sui-istifadəsinə yol açır.

İcbari tibbi siğorta özünü doğrultdumu? – 'Həkimə böyük məbləğ vermirlər'
Gözlə

No media source currently available

0:00 0:08:18 0:00

Dərmanların son istifadə müddətinə baxılmır

Hesablama Palatasının apardığı auditdə ən çox diqqət çəkən məqamlardan biri dərman vasitələrinin istifadə müddəti ilə bağlıdır. Bəlli olur ki, dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda çox vaxt tenderin şərtlər toplusunda yararlılıq müddətinə dair tələblər müqavilə öhdəliyinə fərqli daxil edilib. Bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyib və təhvil-təslim aktlarında yararlılıq müddətinin göstərilməməsi təchizatçılar tərəfindən yararlılıq müddəti bitməkdə olan malların sifarişçiyə verilməsi ilə nəticələnib.

Araşdırma nəticəsində o da bəlli olub ki, bəzi hallarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tenderlərinin qalibi olan şirkətlər öz öhdəliklərini yerinə yetirməyib. Buna baxmayaraq, gecikdirilmiş günlərə görə onlara heç bir cərimə tətbiq edilməyib. Seçmə qaydasında baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə tətbiq edilməyən cərimə sanksiyalarının toplam məbləğinin 10 milyon manata yaxın olması üzə çıxıb.

Audit nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmayan xidmətlərlə bağlı da çatışmazlıqlar aşkar edilib. Belə ki, xidmətlər zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmət (1104 tibbi xidmətin) tarifləri təsdiqlənsə də, tibb müəssisələri üzrə nəzarət sistemi formalaşdırılmayıb və elektron uçot sistemi qurulmayıb. Hətta bəzi tibb xidmət növləri üzrə il ərzində heç bir vəsait daxil olmayıb.

Sertifikasiyadan keçməyən tibb işçiləri fəaliyyət göstərir

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə yanaşı, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılmış auditə dair də bilgilər açıqlayıb. Aparılmış araşdırmada üzə çıxıb ki, xəstəxananın tabeliyində olan tibb müəssisələrində sertifikasiyadan qanunvericiliyə uyğun şəkildə keçməyən tibb işçiləri praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olublar.

Təyinatı dəyişdirilən xəstəxanada həkim tapılmır
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00

Xəstəxananın fəaliyyətinin əhalinin sağlamlığı ilə bağlı risklərə yol açdığı da bəlli olub. Müasir tələblərin və qabaqcıl təcrübənin öyrənilərək təkmilləşdirilməməsi nəticəsində şəkərli diabetlə bağlı normalar, ağırlıq dərəcəsindən asılı olmayaraq, hər kəs üçün eyni dozada müəyyənləşdirilib. Xəstəxananın insan sağlamlığına yaratdığı risklər bununla da bilmir. Hesablama Palatasının auditində bildirilir ki, "dərman preparatları ilə bağlı fəaliyyətin hüquqi aktların tələblərinə uyğun təşkil edilməməsi dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələrin qeydiyyatının düzgün aparılmaması və zəruri ixtisasa malik həkimlər tərəfindən təyin edilməməsi ilə nəticələnmişdir ki, bu da son nəticədə əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli riskləri formalaşdırıb". Araşdırma nəticəsində üzə çıxıb ki, 10 ay ərzində psixotrop sayılan iki dərman 10 dəfə təyin edilib.

Həmin xəstəxanadakı araşdırma zamanı üzə çıxan digər bir fakt da xəstəxanadakı gerçək xəstə sayının göstəriləndən az olmasıdır. Audit zamanı xəstəxananın vərəm şöbəsində ötən ilin 4 dekabr tarixində 33 nəfər xəstənin stasionar şəraitdə müalicə aldığı, əslində, 14 nəfərin, 15 dekabr tarixindəsə 30 nəfərin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 17 nəfərə tibb xidməti göstərilib. Stasionar müalicədə olan vərəmli xəstələrin xəstəxananı tərk etmələri ilə bağlı şöbə müdirinin müvafiq razılığı olmayıb.

Xəstəxananın tabeliyində fəaliyyət göstərən Stomatoloji Poliklinika bölməsi üzrə dişlərin müalicəsinə artıq vəsaitin alınması, eləcə də bəzi hallarda bunun heç rəsmiləşdirilmədiyi üzə çıxıb. 2021-ci il ərzində 6 min 880 müraciət üzrə belə xidmət göstərilsə də, il boyunca xəstəxanaya həmin xidmətlə bağlı rəsmi vəsait daxil olmayıb. Yalnız ilin sonunda 1-2 min manat birdəfəlik qaydada kassaya ödənilib.

XS
SM
MD
LG