Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Vitse-prezident təyin edilməsindən 100 gün keçir [video]


Gürcüstana sığınan fəallar Bakıya verilir?
Gözlə

No media source currently available

0:00 0:15:12 0:00

Mehriban Əliyevanın vitse-prezident təyin edilməsindən 100 gün keçir. Gürcüstana sığınan fəallar Bakıya verilir? və başqa mövzular bugünkü [A-Live]-da...

Ilham Əliyevin Mehriban Əliyevanı vitse-prezident təyin etməsindən 100 gün keçir.

Bu təyinatı müxalifət demokratiyanın daha da geriləməsi kimi qiymətləndirmişdi, ölkədə ailə hakimiyyətinin bir az da möhkəmləndirməsi kimi izah etmişdi.

Təyinatdan yüz gün keçsə də, hələ də 1-ci vitse-prezidentin fəaliyyətinin nədən ibarət olacağı bilinmir.

Buna da bax:​ '- Mehriban xanıma şikayət edəcəyik. - Elə bu saat o sizi eşitdi…'

Konstitusiyaya görə, bunu prezident müəyyənləşdirməlidir.

ReAL-ın icra katibi Natiq Cəfərli deyir ki, qərarın gecikməsi həm də ondan xəbər verir ki, hakimiyyət daxilində mübarizə başa çatmayıb:

Natiq Cəfərli
Natiq Cəfərli

"Güman ki, bu institutun güclənməsinə sistemin özü hələ hazır deyil. Proseslər bunu deməyə əsas verir".

Aprelin 25-də Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliklər ali inzibati və yardımçı vəzifələrin yeni dairəsini müəyyən edir.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu dəyişikliklə vitse-prezidentlik institutu prezident administrasiyasına paralel duruma gətirildi, bu isə səlahiyyətlərlə bağlı çaşqınlıq yaradır, bunun da aydınlaşdırılmasına ehtiyac var.

ReAl-dan Natiq Cəfərli deyir ki, ola bilsin ki, uzun illərdir ki, hakimiyyətdə olan qüvvələr səlahiyyətləri ötürmək və ya paylaşmaq istəmirlər.

Buna da bax:​ Prezident Administrasiyasının rəhbəri vəzifəsi daha olmayacaq?

Natiq Cəfərli bildirir ki, ötən 100 gün ərzində bəzi xəbər saytları ölkə daxilində bloklandı, fəalların həbsi davam etdi:

Bir müddət keçməlidir ki, bu proseslərin nə ilə bağlı olduğunu analiz etmək mümkün olsun. İndidən demək tezdir. Görünən odur ki, bu institut hələ sistem daxilində özünə yer tapmayıb.

Vitse-prezident təyin olunandan sonra Mehriban Əliyeva bir dəfə, martın 9-da qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, Mehriban Əliyevanın vitse-prezidentliyindən gözlənti böyükdür. O, ”Trend” agentliyinə müsahibəsində deyib ki, Mehriban Əliyeva nə edirsə, yaxşı edir:

Buna da bax:​ ‘1-ci ledi elə 1-ci lediydi, onun vitse-prezident olmasına nə ehtiyac vardı?’

Bahar Muradova
Bahar Muradova

“Onun uğuru Azərbaycanın uğurudur. Bu illər ərzində də əmin olmuşuq ki, Mehriban xanım fəaliyyət göstərdiyi bütün sahələrdə mütləq mənada uğura imza atır, ən gözəl olanını edir və bununla da hər kəsin diqqətini göstərdiyi fəaliyyətə cəlb edir”.

Azərbaycan qanunlarına görə, Mehriban Əliyevanın 1-ci vitse-prezident kimi hansı hüquq və vəzifələri var? Hansı sənədləri imzalaya bilər?

Buna da bax:​ 'İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...'

Demokratik Təşəbbüslər İnstitutunun sədri, hüquqşünas Akif Qurbanov deyir ki, hələ də prezidentin xanımının fəaliyyəti üçün tam hüquqi baza yoxdur.

2016-cı il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

XS
SM
MD
LG