Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:52

Cərimələri də ASAN xidmətdə ödəmək olar


►ASAN Xidmətdə - ASAN ödəniş sistemində bütün inzabati cərimələri ödəmək mümkün olacaq.

Bunu AzadlıqRadiosuna qurumun mətbuat katibi Anar Hüseynov bildirib.

Onun sözlərinə görə, burda ilk öncə yol hərəkəti qaydaları ilə bağlı cərimələrin ödənilməsi mümkündür:

“Həm www.asan.gov.az-da elektron formada, həm də ASAN ödəniş terminallarında ödənişi həyata keçirə bilər”.

Amma barəsində verilmiş inzibati cərimə protokollarını görmək üçün vətəndaş ASAN Xidmətdə elektron kabinet yaratmalıdır. Anar Huseynovun sözlərinə görə, elektron kabinetdə vətəndaş bütün məlumatlarını, o cümlədən, telefon nömrəsini qeydiyyatdan keçirir:

“Bu zaman onun barəsində hər hansı inzibati protokol tərtib olunubsa, sistemə düşən protokol barədə vətəndaşa SMS məlumat göndəriləcək”.

Buna da bax: "Balalarım kərtənkələlərlə bir yerdə böyüyür"

Anar Hüseynov əlavə edir ki, hazırda yol hərəkəti qaydalarının pozulması ilə bağlı yol polisinin bazasında qeydiyyatdan keçən mobil nömrələrə SMS göndərilir:

“ASAN Xidmətdə şəxsi kabinet yaradandan sonra vətəndaş barəsində verilmiş bütün inzibati protokolları görə bilir. Hətta “asan imzası” ilə qeydiyyatdan keçən şəxslər onlarla bağlı foto və video materilları da görə bilirlər”.

ASAN - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildə yaradılıb.

XS
SM
MD
LG