Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

Ekspert: ‘Bu cür sorğularla hökumət özü özünü aldadır’


Prezident qərarlarında vətəndaşların rəyini nə qədər nəzərə alır?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Prezident qərarlarında vətəndaşların rəyini nə qədər nəzərə alır?

Ölkədə islahaların uğurlu icrası kimdən aslıdır? Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy soğrusuna qatılanların 92 faizi bu suala “ölkə rəhbərliyindən asılıdır” cavabını verib. İyunun 24-də mərkəz “Prezidentin sosial və kadr islahatları ictimai rəy”in nəticələrini açıqlayıb.

Rəy soğrusunda iştirak edən respondentlərin 72 faizi prezidentin apardığı islahatların uğurlu olacağına inandığını bildirib.

Rəyi soruşulanların 52 faizi isə deyib ki, islahatlara heç kəs və ya heç nə maneə ola bilməz. Rəy sorğusunda həm də son maaş artımları ilə bağlı vətəndşaların fikri öyənilib.

“Maaş artımının mənfi təsirləri olacaq” deyənlərin, 90 faizdən çoxu cavabını süni bahalaşma ilə əsaslandırıb. “Ölkə prezidenti öz fəaliyyətində vətəndaşların rəyini və maraqlarını nəzərə alır” fikri ilə respondentlərin 73 faizi razılaşıb.

Zahid Oruc
Zahid Oruc

Sovetsayağı rəy sorğusu

Amma politoloq Hikmət Hacızadə bu rəy sorğusunun nəticələrinə şübhə ilə yanaşır. O bildirir ki, az qala hər yerdə, hər kəs hökumətdən, onun işindən narazı olduğu bir halda belə bir nəticələr insanda şübhə doğrumaya bilməz. O bu cür rəy sorğularını SSRİ dövründə aparılan sorğulara bənzədir. Deyir ki, o vaxtlar da rəqabət, xoşbəxtlik, iqtisadi və siyasi durumla bağlı müxtəlif mövzularda sorğular aparılırdı və həmişə də yüksək nəticələrlə hökumətdən razılıq göstərilirdi:

“Amma bunların heç bir nəticəsi olmadı. Bir müddət sonra SSRİ dağıldı. Bu cür sorğularla hökumət özü özünü aldarır. Amma ola da bilər ki, Sosial Tədqiqatlar Mərkəzi keçirdiyi rəy sorğusunun iki nəticəsini hazırlayıb. Birinci variantı olduğu kimi nəticələri prezidentə göndərirlər, ikinci variantı isə ictimaiyyətə yayırlar”.

Sosial Tədqiqatlar Mərkəzi bu ilin fervalında yaradılıb. Məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsindən ibarətdir. Mərkəzin idarə heyyətinin sədri millət vəkili Zahid Oruc təyin olunub.

AzadlıqRadiosu bu rəy sorğusu ilə bağlı Bakı sakinlərinin də fikrilərini öyrənib:

İlham Əliyev öz fəaliyyətində vətəndaşların maraqlarını nə qədər nəzərə alır?
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

"Gəncədə insanlar icra başçısından şikayətlər edirdi, amma hökumət buna əhəmiyyət vermirdi"

Millət vəkili Zahid Orucun sədrlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusuna 1212 nəfərin qatıldığını bildirilir. Sorğu Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayonda aparılıb.

Siyasi şərhçi Şahin Hacıyev hesab edir ki, bütün bu görülən işlər ictimaiyyətdə prezidentin nüfuzunu qaldırmaq cəhdidir. Onun sözlərinə görə, problemlərin həllində istəkli olan hökumətlərin uzunmüddətli strateji planları, hədəfləri olmalıdır:

“Hansısa məişət probleminin və ya bir iqtisadi problemin həlli ciddi bir strategiyanın olmasının göstəricisi hesab oluna bilməz. Baxın, tutalım Gəncə hadisələri, əhalinin narazılığı və hakimiyyətin buna reaksiyasını. Uzun illər idi ki, Gəncədə insanlar icra başçısından şikayətlər edirdi, amma hökumət buna əhəmiyyət vermirdi. Nəticədə insanlar ayağa qalxdı amma hakimiyyət bunu dini radikalizm kimi ictimaiyyətə təqdim etməyə çalışdı”.

Şahin Hacıyev bildirir ki, əslində ictimai rəyin nəzərə alınması özünü bu cür hallarda göstərməli idi.

Düz danışan işini itirir?

Səslənən tənqidlərə Mərkəzin təmsilçilərinin münasibətini öyrənə bilmədik. Amma sorğunun nəticələrinin təqdimatında Mərkəzin rəhbərliyi bildirib ki, ən müasir metodlardan istifadə ediblər. Mərkəzin təmsilçiləri qeyd ediblər ki, nəticələrin obyektiv və reallığı əks etdirməsi üçün sınaq mərhələrlərlə, dolğun suallar əsasında aparıldığını vurğulayıblar.

Bu ilin əvvəlindən ard-arda müxtəlif etiraz aksiyaları keçirilirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirənlərin yaxınları, bloqqer Mehman Hüseynova görə keçirilən etirazlardan sonra birbaşa prezidentin tapşırığı ilə bu məsələlər həllini tapdı. Elə Sosial Tədqiqatlar Mərkəzi də həmin ərəfədə yaradılmışdı.

Sosioloq Əhməd Qəşəmoğlu təəssüflənir ki, obyektiv ictimai rəy keçirmək olduqca çətindir. O özü də Milli Məclisin nəzdində fəaliyyət göstərən Elmi Mərkəzə rəhbərlik etdiyi zamanlarda ictimai rəy sorğusu keçirib. Əhməd Qəşəmoğlu deyir ki, dəfələrlə ondan rəqəmləri dəyişmək istənilib, o da bununla razışlaşmayıb. Nəticədə işini itirib:

“Müəyyən vəzifəli şəxslərin reytinqləri aşağı olurdu, onlar da buna görə mənə düşmən münasibət göstərirdi. Axırda elə oldu ki, sözlərini bir yerə qoydular və ümumiyyətlə Milli Məclisdəki Elmi Mərkəzi ləğv etdirdilər. Amma nəzərə alınmalıdır ki, obyektiv ictimai rəy hər bir cəmiyyət, onun inkişafı üçün olduqca önəmlidir”.

Əhməd Qəşəmoğlu hesab edir ki, obyektiv sorğu nəticələri nəinki siyasilərdə, ümumiyyətlə cəmiyyət olaraq hər bir kəsdə qıcıq yaradır. Amma əslində bu cür rəylər bir rentgen kimidir. İstənilən xəstəliyi üzə çıxarır. O xəstəliyi gizlətmək də olar, üstünə düşüb, vaxtında müalicə etdirmək də.

XS
SM
MD
LG