Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

"Azərbaycan çətin ki, azad və ədalətli seçki keçirsin"


Freedom House bəyan edib ki, ATƏT-in seçkilərdə müşahidəçilikdən imtina etməsi Azərbaycanda azad və ədalətli seçkinin keçirilməsinə çox az ümid yeri qoyur.

ABŞ-da mənzillənmiş insan haqları təşkilatı Freedom House bəyan edib ki, ATƏT-in seçkilərdə müşahidəçilikdən imtina etməsi Azərbaycanda azad və ədalətli seçkinin keçirilməsinə çox az ümid yeri qoyur.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı sentyabrın 11-də onun fəaliyyətinə qoyulacaq məhdudiyyətlərlə bağlı Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində müşahidəçilikdən imtina edib.

Azərbaycanlılar səslərinin oğurlanacağı riski ilə üzləşiblər

Freedom House təşkilatı bunun nəticəsində yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

“Prezident İlham Əliyev hökumətinin noyabrın 1-də keçiriləcək parlament seçkilərində Avropa müşahidəçi missiyası qarşısında qoyduğu şərtlər buna aydın işarədir ki, azərbaycanlılar səslərinin oğurlanacağı riski ilə üzləşiblər, - deyib təşkilatın icraçı vise-prezidenti Daniel Calingaert.

Konqres Əliyev hökumətindən izahat tələb etməlidir

O deyib ki, ABŞ Konqresinin üzvləri Azərbaycan xalqının müdafiəsi naminə Əliyev hökumətini öz hərəkətləri üçün izahat verməyə və seçkilərin hərtərəfli, etibarlı müşahidə missiyasına imkan yaratmağa çağırmalıdırlar.

ABŞ Konqresinin üzvləri Azərbaycan xalqının müdafiəsi naminə Əliyev hökumətini öz hərəkətləri üçün izahat verməyə çağırmalıdırlar

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin direktoru Michael Georg Link bəyan edib ki,seçkiyə məhdud sayda müşahidəçinin buraxılmasına dair Azərbaycanın qoyduğu şərt bu ölkənin ATƏT qarşısındakı öhdəliklərinə ziddir və təşkilatı öz seçki missiyasını ləğv etməyə “məcbur” edir.

Bundan əvvəl Avropa Parlamenti Azərbaycanda insan haqlarının getdikcə pisləşən vəziyyətindən ciddi narahatlıq ifadə edən qətnamə qəbul edib.

Bu qətnamə iləAzərbaycanda ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqları üzərinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar Seçki Müşahidəsi Missiyasının göndərilməməsi qərara alınıb.

Azərbaycan Freedom House təşkilatının reytinqində “azad olmayan” ölkələr kateqoriyasına aid edilib.

XS
SM
MD
LG