Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:12

Fransa parlamentinin spikeri 'status məsələsini Paris həll etmir' deyir


Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər

Problemin dinc və uzunmüddətli həllinin tapılması üçün bütün tərəflərin dialoqa qayıtması zəruridir.

Bunu yanvarın 13-də Yerevanda Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive erməni həmkarı Alen Simonyanla birgə keçirdiyi mətbuat konfransında Qarabağdakı vəziyyəti şərh edərkən deyib:

“Biz Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar çox narahatıq. Bu vəziyyət narahatlıq doğurur, çünki Laçın dəhlizində davam edən blokadanın yaratdığı humanitar situasiya getdikcə pisləşir. Biz sabah bu blokadanın qurbanları ilə işləyən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcəyik”.

Fransa parlamenitinin spikeri deyib ki, “biz humanitar fəlakətin baş verməməsi üçün hər şeyi edəcəyik”.

O habelə Azərbaycanın nəzarətində olan ərazilərdə erməni tarixi-mədəni irsinin vəziyyətindən narahatlığını bildirib və iddia edib ki, bu abidələr yox olmaq təhlükəsi qarşısındadır.

Xanım Bron-Pive qeyd edib ki, Paris bu istiqamətdə UNESCO ilə birlikdə səylər göstərəcək.

Ermənistan müxalifəti: 'Paşinyan Qarabağ məsələsindən əl çəkdi'
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Bron-Pive “Fransanın nəzərində münaqişənin dinc yolla həll edilməsində hansı statusdan söhbət gedə bilər” sualına belə cavab verib:

“Dağlıq Qarabağın regionda hansı statusa malik olması məsələsini Fransa həll etməməlidir. Bizim mövqeyimiz çox dəqiqdir. Bu mövqeyə uyğun olaraq biz buğun Dağlıq Qarabağın müstəqilliyini tanımamışıq və statusu Fransa müəyyən etməməlidir. Bu məsələni beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, o cümlədən münaqişə tərəfləri həll etməlidir”.

Paşinyan: "Vəziyyəti daha da çətinləşdirən bəyanatlardan qaçmalıyıq"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Fransa-Azərbaycan münasibətləri

Son aylarda, xüsusilə də ötən ilin 30 noyabrında Fransa Milli Assambleyasının Ermənistana dəstək ifadə edən, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməni qəbul etməsindən sonra Bakı və Paris arasında münasibətlər gərginləşib.

Sözügedən qətnamə bir müddət öncə Fransa Senatında qəbul olunmuşdu. O zaman Azərbaycan Fransaya nota vermişdi.

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da jurnalistlərə deyib:

"Bildiyiniz kimi, dekabrın 7-də növbəti görüş planlaşdırılmışdı. Bizə bəyan edildi. Amma biz buna etiraz etdik. Çünki biz Fransa tərəfinin addımlarından sonra onları bu formatda görmürük. Ona görə biz 7 dekabr formatını dəstəkləmədik".

Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi. Azərbaycan rəsmiləri hesab edirlər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG