Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Fransa Senatı Azərbaycana, Milli Məclis Parisə sanksiya tətbiq etməyə çağırır


Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?

Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Qətnamədə Azərbaycanın ‘Qarabağa qarşı hərbi təcavüzü’ pislənir və ‘Ermənistanın ərazi bütövlüyünün pozulmasının qarşısının alınması’na çağırış edilir.

Bundan başqa erməni əhalinin ‘Qarabağa qayıdışı hüququ’nun təmin edilməsi üçün təminat tələb olunur.

Qətnamədə həmçinin Azərbaycandan qaz idxalına qadağa qoyulmasına çağırış edilir. Fransa hökumətindən istənilir ki, Azərbaycanın tezliklə sülh prosesinə qayıdışı yönündə tədbirlər görsün.

Azərbaycan hökuməti Fransanın siyasətini ermənipərəst hesab edir və bu ölkənin Azərbaycanın daxili işlərinə qarışdığını bildirir.

İki ölkə arasında münasibətlər son aylarda gərginləşib. Bu yaxında tərəflər bir-birinin diplomatlarını arzuolunmaz şəxs elan ediblər.

Parlament komitəsi Fransa sanksiyalara çağırır

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komiəsi də öz növbəsində Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda Senatın qətnaməsi qərəzli, birtərəfli və əsassız adlandırılır.

Habelə, Azərbaycan hökumətinə çağırış edir ki, Fransaya qarşı sanksiyalar tətbiq edilsin.

Mümkün sanksiyalar kimi Fransa rəsmilərinin Azərbaycanda aktivləri aşkar edildikdə dondurulması istənilir. Eyni zamanda Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılması vacib sayılır.

Bundan başqa, Total da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandanda fəaliyyətinə imkan verilməməsi istənilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG